Atropatan zümrüdçiçəyi yaxud Azərbaycan zümrüdçiçəyi (lat. Hyacintella atropatana) — zanbaq fəsiləsindən bitki növü. Çox nadir növdür.
Naxçıvan MR – Dırnıs və Nüsnüs kəndləri ətrafında. Azərbaycandan kənarda – Ermənistanda, İranda. Orta dağlıq qurşağın quru, daşlı-çınqıllı yamacları və uçurumlarında bitir. Bitki tək-tək rast gəlir.
Toxumla və vegetativ yolla çoxalır.
Mal-qara otarılması və ot üçün çalınması. Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. Xususi mühafizə tədbirləri hazırlanmamışdır. Növün tam mühafizəsi, Ordubad rayonunda yasaqlıq təşkili, mədəni əkinçiliyə cəlb olunması lazımdır.