Auqarten Farfor Manufakturası

Barokko stilində olan Auqarten Vyana manufakturası

Auqarten Farfor Manufakturası (alm. Porzellanmanufaktur Augarten‎) — Birinci Habsburq İmperiyasının məxsus, Vyana şəhəri ətrafında yerləşən farfor manufakturasıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Faktiki olaraq Vyanadakı farfor manufakturası meysen manufakturasından sonra Avropada ikinci oldu.

25 may 1718-ci ildə Avstriya İmperatoru VI Karlın fərmanla 25 il ərzində imperiyada farforun istehsal etmə hüququnu Klaudius İnnosensius dyu Pakenə (Claudius Innocentius du Paquier) xüsusi imtiyazlarla verildi. Avstriya farforunun istehsalının bu dövrü "Dyu Pake dövrü" kimi məlumdur. Manufaktura paytaxtın şəhərətrafı ərazisində yerləşmişdir. Manufaktura əvvəlki yerləşməsi müasir dövrdəki küçənin adı ilə adlanırdı — Porzellangasse. "Dyu Pake dövrü"nün məmulatları barokko üslubunda hazırlanırdı.

VI Karlın taxtdan enməsindən sonra hakimiyyətə Mariya Teraza (1740-1780) gəldi. Şəxsi manufaktura dövlətin xeyrinə satılmışdı və «Vyana İmperatorunun Dövlət manufakturası» adını almışdır. O vaxtdan Babenberqovu idarə edən sülalənin gerbi məhsulun emblemi oldu. Vyana rokoko stilinin Avropa mərkəzlərindən biri hesab olunurdu. Bu özünü hazırlanan məmulatlarda özünü büruzə verirdi.

Vyana uzun müddət barokko və rokoko stillərinin tərəftarı olmuşdur. Buna görə də, Vyanada klassizm məhdudlaşdırılmışdı. Konrad Zorqel farforda klassizm üslubunun yeni stilini- Zorqel üslubunu yaratdı. Napaleonun müharibələrindən sonra Vyana manufakturası məhv olmağa başladı. Lakin 1814-cü ildə yenidən manufakturada dirçəliş qeyd edildi. Bunun üçün Macarıstan Konqresi çağırıldı. Konqres uzun müddət davam etdi və hökmdarlar farfor manufakturasına həvəslə gəlməyə başladılar. Avstriya hökuməti manufakturanın məmulatlarını tanınmış qonaqlara hədiyyə edirdilər. Bu da istehsal üçün güclü təkan verirdi. XIX əsrdə Andreas Baumqartnera kimi ustaların əsərləri Vyana farforunun şöhrətini daha da artırdı. Aleksandr Lou, Frans Leytnera kimi ustalar da bunu dəstəkləyirdilər. Ancaq manufaktura artıq rəqabətə tab gətirə bilmədi. 1863-cü ildə müəssisə parlamentin qərarı ilə bağlanmışdır.

Manufaktura yenidən 1923-cü ildə açılmışdır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Reinhard Engel, Marta Halpert: Luxus aus Wien II. Czernin Verlag, Wien 2002. ISBN 3-7076-0142-0
  • Waltraud Neuwirth: Die Wiener Porzellan- Manufaktur Augarten. Jugend u. Volk, Wien (1996). ISBN 3-224-18867-7
  • Waltraud Neuwirth: Wiener Porzellan. Original, Kopie, Verfälschung, Fälschung. Jugend u. Volk, Wien. (1996) ISBN 3-224-18867-7
  • Waltraud Neuwirth: Porzellan aus Wien. Von du Paquier zur Manufaktur im Augarten. Jugend u. Volk, Wien (1992) ISBN 3-8113-6084-1
  • Waltraud Neuwirth: Wiener Porzellan. 1744–1864. Neuwirth, Wien (1983). ISBN 3-900282-11-0
  • Wilfried Seipel (Hg.): Weißes Gold aus Europa. Ausstellungskatalog, Kunsthistorisches Museum. Wien (1997). ISBN 3-900325-79-0
  • Wilhelm Siemens: Impulse — Europäische Porzellanmanufakturen als Wegbereiter internationaler Lebenskultur. Zweckverband Dt. Porzellanmuseum, (1995). ISBN 3-927793-43-4

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]