Aureliya Qriqoriu

Aureliya Andreyevna Qriqoriu (mold. Aurelia Grigoriu, 2 aprel 1962, Anenii Noi[d]) — Moldovanın parlament vəkili, ombudsman (2008–2015), Moldova Vəkillər Kollegiyasının üzvü.

Aureliya Qriqoriu
mold. Aurelia Grigoriu
Vəzifədədir
30 oktyabr 2008 il
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1962(1962-04-02) (62 yaş)
Doğum yeri
Təhsili
  • Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyası[d]
Fəaliyyəti vəkil
Həyat yoldaşı Dmitriy Fyodoroviç Qriqoriu
Dini Pravoslavlıq
Ombudsman.md

4 iyul 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırıb[1].

Aureliya Qriqoriunun dövlət idarəetmə və hüquq üzrə magistr dərəcəsi və hüquq üzrə ali təhsili var. O, həmçinin Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Milli Akademiyasının aspiranturasını bitirmişdir.

30 oktyabr 2008-ci ildə həmin məqamda hakimiyyətdə olan "Moldova Kommunist Partiyasının" təklifi ilə və Moldova Respublikası Parlamentinin № 222-XVI saylı qərarı ilə Moldova Respublikasının parlament vəkili vəzifəsinə beş il müddətinə təyin edilmişdi. Bu vəzifəyə təyinat almadan öncə o, dəmir yolu nəqliyyatının insan resursları sahəsində mütəxəssis kimi çalışmışdır, həmçinin İcraiyyə Komitəsinin "Tsentr" adlı Kişinyov sektorunun məsləhətçisi kimi peşəkar fəaliyyət aparırdı. Həmçinin, "Vistarn" hüquq firmasının direktoru və özünün yaratdığı və rəhbərlik etdiyi "Aureliya Qriqoriu" (mold. Biroul Avocatilor «Aurelia Grigoriu») fərdi vəkil bürosununda da işləyirdi. Moldova Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və lisenziyalaşdırılmış vəkildir.

2013-cü ilin 14 və 15 may tarixlərində Aureliya Qriqoriunun himayəsi altında Kişinyovda "Natal Plai" (azərb. «Doğma diyar»‎) beynəlxalq incəsənət festivalı keçirilmışdır.

Ermənistandakı çıxış

[redaktə | mənbəni redaktə et]

Aureliya Qriqoriu 4 iyul 2013-cü ildə İrəvanda keçirilən "Avropa Şurasına üzv ölkələrdə hüquq aliliyi və fikir sərhədlərinin Avropa standartları" konfransında Ermənistan Parlamentinin önündə Ermənistanın Qarabağa qarşı 25 ildən çoxdur ki davam edən və Azərbaycanın 20% torpağlarını işğal altında saxlayan fəaliyyəti aqresiya adlandırıb və həmçinin bu hərəkətlərin beynəlxalq hüquqlara zid olduğunu səsləndirmişdir.

Qriqoriuya dəstək verənlər

[redaktə | mənbəni redaktə et]

A. Qriqoriunun bu çıxışı Azərbaycanda müsbət qarşılandı. Azərbaycanın bir çox vətəndaş cəmiyyətinin nümayəndələri onun tərəfini saxladılar və azad sözşüsü kimi qəbul etdilər. Azərbaycan ombudsmanı Elmira Süleymanova isə Moldovalı həmkarı Aureliya Qriqoriu ilə bağlı yalnız qalmaqallı hadisədən bir neçə gün sonra bəyanat vermişdir ki, moldovan ombudsamanın sözünün kəsilməsi, söylədiyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin kobud şəkildə pozur[2]. Avropanın nüfuzlu Neurope.eu analitik resursunda "Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir" sərlövhəli məqalə yerləşdirilmişdir. Məqalədə deyilir ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən konfransda Moldovalı ombudsman Aureliya Qriqoriu çıxışı zamanı bildirib ki, Ermənistan silahlıları Xocalıda 613 nəfərin ölümünə səbəb olan faciəni törədiblər. O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qriqoriu bu çıxışından sonra qaldığı otelin otağından çıxa bilməyib və onun ölkədən çıxmasına mane olublar.[3]. Kiyevdə Aureliya Qriqoriuya insan hüquqlarının müdafiəsi işində göstərdiyi mərdliyə görə "Müqəddəs Vladimir" ordeni təqdim edilməsi mərasimi keçirilmişdi[4].

Mətbuat Şurası Moldova ombudsmanı Aureliya Qriqoriunu "Həqiqətə xidmətlərinə görə" mükafatı ilə təltif etmişdi[5].

2013-cü ilin avqust ayında Aureliya Qriqoriu "Heydər Əliyev" qızıl medalı ilə təltif edilmişdi[6].

Qriqoriuya qarşı çıxanlar

[redaktə | mənbəni redaktə et]

A. Qriqoriunun bu çıxışı Ermənistanda mənfi reaksiyaya və etirazlara səbəb oldu. Elə Moldovada da bəzi siyasətçilər çıxışı "fitnəkar" və vəziyyətin gərginləşməsinə yönəlmiş hesab edərək ona qarşı çıxış etdilər. Qriqoriunun sözlərinə görə Ermənisatanda ona hədə qorxu gəlirdilər və o, bir müddət ölkədən çıxa bilmirdi, hətta nümayəndə heyəti gecə saat 03:00-də İrəvanı tərk edərkən Qriqoriuya avtomobilə minməyə icazə verilməyib və nümayəndə heyəti Qriqoriunu tək buraxaraq Moldovaya yola düşüb.[7].

Moldova Konstitusiya Məhkəməsinin üzvü Viktor Qrınçavor açıqlamışdı ki, bu çıxış "Moldova İnsan Hüquqlarının Qorunmasının Milli İnstitutu"nun mövqeyinə müvafiq deyil və "Moldova parlamenti baş vermiş hadisədən təəssüflənir, mənə parlamentin adından üzr istəmək səlahiyyəti verilib". Moldova parlamentinin İnsan Haqları və Etnik Münasibətlər Komissiyası Aureliya Qriqoriunun "professionallıq səviyyəsinin aşağı olmasına, siyasi bəsirətsizliyini və siyasi səriştəsizliyini" israrla bildirmişdi[8]. Bir sıra Moldavalı qeyri-dövlət təşkilatları, o cümlədən Kütləvi Siyasət İnstitutu və İnsan Hüquqlarının Resurs Mərkəzi, Aureliya Qriqoriuya parlament vəkilinə ictimai müraciət ünvanlamışdılar ki, o, istefa versin[9].

Novotroisk məktəbində hadisə

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin oktyabr ayında Aureliya Qriqoriu Moldovada Novoanean rayonunun Novotroisk kəndində rusdilli liseyin bağlanması ilə bağlı qalmaqallı vəziyyətin nizamlanmasında iştirak etmişdi. 2013-cü ilin sentyabr ayında rayon şurası, məktəblərin "optimallaşdırılması" prosesi çərçivəsində, rusdilli liseyini bağlamışdı. Bununla bağlı sakinlər Kişinyov-Kauşan milli əhəmiyyətli yolu bağlamağla, bir neçə etiraz aksiyası keçirmişdilər. Əvvəlcə Aureliya Qriqoriu aksiyaçılarla görüşdə bu protestdən uşağları aparmasını xahiş etdi, bir müddət sonra isə Novoanean rayon şurasının qərarını məhkəməyə verdi və 4 oktyabr 2013-cü ildə məhkəmə məktəbin bağlanması barədə qərarı dayandırmağı qərara almışdır, lakin 22 oktyabrda Maariflənmə Nazirliyinin nümayəndələrinin toplantısı zamanı yerli hakimiyyətin razılığı ilə liseyi bağlamaq qərarına gəldilər. Məmurlar bunu onun təminatı üçün vəsait olmaması ilə izah etdilər.

  • 2013 — "Heydər Əliyev" qızıl medalı[6]
  • 2013 — Milli Məclisin "Fəxri medalı"[7]
  • 2013 — "Tarixi imza" beynəlxalq mükafatı. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən layiq görülmüşdür. Aureliya Qriqoriu bu mükafatı alan ilk şəxs kimi tarixə düşdü[10].
  1. Moldova ombudsmanının həyat yoldaşı: "Aureliya Qriqoriu təhdidlər səbəbilə İrəvanda qaldığı oteli tərk etməyə qorxur" [ölü keçid] APA
  2. "Azərbaycanın ombudsmanı Aureliya Qriqoriuya dəstək verdi" Musavat
  3. "Neurope.eu".[ölü keçid]
  4. "Moldova ombudsmanı Aureliya Qriqoriuya orden verildi" Aznews
  5. "Mətbuat Şurası Aureliya Qriqoriunu təltif etdi" Day.az
  6. 1 2 "Azərbaycanı müdafiə edən moldovalı ombudsman iki ali mükafata layiq görülüb" 525-ci Qəzət
  7. 1 2 "Moldovalı ombudsmanı ölümlə təhdid edərək Ermənistandan buraxmırlar Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine" Trend.az
  8. Комиссия по правам человека обвинила Григориу в отсутствии профессионализма // Omega. 11 июля 2013 г (копия)
  9. "Гражданское общество требует отставки парламентского адвоката Аурелии Григориу"
  10. "Moldova ombudsmanı Aureliya Qriqoriuya "Tarixi imza" beynəlxalq mükafatı təqdim edilmişdir [ölü keçid]" Respublica News

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]