Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi.
Şəhər | ||||||||
Avəc | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
35°34′44″ şm. e. 49°13′27″ ş. u.HGYO | ||||||||
Ölkə | ||||||||
Ostan | Qəzvin ostanı | |||||||
Şəhristan | Avəc şəhristanı | |||||||
Tarixi və coğrafiyası | ||||||||
Mərkəzin hündürlüyü | 1,962 m | |||||||
Əhalisi | ||||||||
Əhalisi | 5.142 nəfər | |||||||
Milli tərkibi | Azərbaycan türkləri | |||||||
Dini tərkibi | Şiə müsəlmanlar | |||||||
Rəqəmsal identifikatorlar | ||||||||
Telefon kodu | +98 282 | |||||||
2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır.[1]
Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə.[2]
2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi.[3]
Şəhər monoetnik azərbaycanlı şəhəridir.[4][5]
Şəhərin içində yerləşən bu əski karvansara Şah Abbas dönəminə aid dir.
Qaranqılıq sözü yerli azərbaycan türkcəsində işıqsız deməkdir, niyə ki şəlalənin iki tərəfin hündür qayalar əhatə edərək, gün işığının buraya saçmasına mane olurlar. Şəlalənin qarşısındakı qayalar qartalların yuvasıda sayılır. Qaranqılıq şəlaləsi Məşanə kəndinin Qabaq-quzey dağının ətəyində və qoz ağaclarının çox göyərdiyi bir bölgədə yerləşir.
Şəhərin yaxınlığında yerləşən bu şəlalə idmançılar və qaya alpinistlərinin ən çox üz tutduğu yerdir. Çünki, şəlalənin mühiti tam qayalıqdır.[6]
7 metr hündürlüyü olan bu şəlalə Avəcin mənsur kəndində yerləşir.
170 metr uzunluğa malik olan bu körpü 2018-ci ildə Şahdərə şəlaləsinin yaxınlığında tikilmişdir. Bu körpü İranın 2-ci ən uzun asma körpüsüdür və yerləşdiyi dərənin dibindən 105 metr hündürlüyü var.[7]
Şəhərin içində yerləşir.[8]
İmamzadə Ələddin Avəc şəhərindən 30 km uzawda eyni adlı kəndin yanındadır. Türbə, ölçüləri təqribən 5.15 x 5.14 metr olan düzbucaqlı kvadrat şəklində bir plana malikdir və bir metr hündürlükdə bir lövhədə yerləşir. Binanın iç tərəfi bəzəksizdir və xarici üzü çərçivə və tağlıdır. Bu tikili, ehtimal ki, Səfəvi dönəminə aiddir.[9]