Avdeyevka döyüşü hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 08:08, 26 sentyabr 2024 (UTC) (41 gün əvvəl). |
Avdeyevka döyüşü — Ukraynanın Donetsk vilayətinə daxil olan Avdeyevka şəhəri uğrunda Rusiya Silahlı Qüvvələri və Ukrayna Silahlı Qüvvələri arasında baş vermiş döyüşü.[11] Döyüşlər strateji əhəmiyyəti olan Avdeyevka şəhərinə nəzarət uğrunda 2022-ci ilin 21 fevral tarixindən etibarən başlamış, təxminən iki il davam edərək 2024-cü ilin 16 fevral tarixinə qədər davam etmişdir.[12] Avdeyevka Rusiya Silahlı Qüvvələri üçün xüsusi əhəmiyyət daşıdığından şəhərin işğal əməliyyatlarına Rusiya–Ukrayna müharibəsinin ilk günlərindən etibarən start verilmişdir.[13]
Rusiya–Ukrayna müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 21 fevral, 2022 - 17 fevral, 2024 | ||
Yeri | Avdeyevka, Donetsk, Ukrayna | ||
Nəticəsi | Rusiya SQ-nin qələbəsi[1][2] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Avdeyevka döyüşləri 2022-ci ilin qışından başlanan müharibənin ən qanlı toqquşmalarından biri kimi tarixə keçib.[14][15]
Avdeyevka Ukraynanın ən möhkəmləndirilmiş və strateji yaşayış məntəqələrindən biridir və yaxınlıqdakı Donetsk şəhərinə açılan giriş qapısı olaraq təsvir edilir. Şəhərin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olması Rusiyanın Donetsk və ətraf resuslar üzərindəki nəzarətini çətinləşdirirdi və beləliklə Rusiya Silahlı Qüvvələrinin mümkün irəliləyişinin qarşısı kəsilmiş olurdu.
Ukraynanın Avdeyevkaya nəzarəti Rusiyanın Donetskdən və onun resurslarından kommunikasiya qovşağı kimi istifadə etməsinə mane olmuş və Rusiyanın bu oxda irəliləyişlərinin qarşısını almışdı.[16][17][18] 18 aydan çox davam edən fasiləsiz döyüşlərdən sonra Rusiya qüvvələri 2023-cü ilin oktyabr ayında şəhəri ələ keçirmək üçün həlledici döyüş əməliyyatlarına başlamışdır.
2024-cü ilin 17 fevral tarixində Ukrayna qüvvələrinin sonuncu təchizat maşınları şəhəri tərk edib və ardınca Ukraynanın hərbi komandanı Aleksandr Sırski verdiyi açıqlamasında mühasirəyə düşməmək və xidmət personalının həyat və sağlamlığını qorumaq üçün Ukrayna qüvvələri şəhərdən çıxmaq məcburiyyətində qalmışdır açıqlamasını verib.[1][2]
Avdeyevkanın işğalı 2023-cü ilin mayında Baxmutun işğal edilməsindən sonra Rusiya ordusunun ən böyük ərazi irəliləyişi kimi qiymətləndirilir. 2023-cü ilin yayındakı Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatlarından sonra Rusiya ordusu ümumi müharibədəki təşəbbüsü ələ keçirməyə başlayıb.[19][20]
Russian forces have been conducting offensive operations to capture Avdiivka since the beginning of Russia's full-scale invasion of Ukraine in 2022