Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[1][2][…], Stokholm – 20 aprel 2018[1][2][…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı.[4][5][6]
Avicii | |
---|---|
isv. Tim Bergling | |
Ümumi məlumatlar | |
Doğum adı | Tim Lidén[3] |
Ləqəbləri | Avicii, Tim Berg, Tom Hangs, Jovicii, Timberman |
Doğum tarixi | 8 sentyabr 1989[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 2018[1][2][…] (28 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, dicey, musiqi prodüseri, müğənni |
Fəaliyyət illəri | 2006–2018 |
Janrlar | elektronik rəqs musiqisi[d], proqressiv haus[d], elektro haus[d] |
Musiqi alətləri | klavişli alət[d], gitara, piano, sintezator |
Albom şirkətləri | Universal Music Group, Geffen Records[d], Island Records, EMI[d] |
avicii.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir.[7] Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.[8] O, növbəti il 2013-cü ildə “Levels” sinqlına görə bu mükafata yenidən namizədlik əldə etdi. Bir sıra musiqi jurnalları Tim Berqlinqin 2010-cu illərin əvvəllərində elektron musiqinin radioda daha populyar olmasında əməyi olduğunu bildirib.[9][10]
Tim Berlinq 2016-cı ildə stress və ağırlaşmış psixi sağlamlıq səbəbindən konsert səfərlərinə çıxmağı dayandırmışdı. O, 20 aprel 2018-ci ildə, istirahət üçün getdiyi Omanın Maskat şəhərində öz həyatına son qoyub.[11] Avicii-nin üçüncü və sonuncu albomu olan “Tim” onun ölümündən sonra 2019-cu ildə yayımlanmışdır.
Tim Berqlinq 8 sentyabr 1989-cu ildə Stokholm şəhərində anadan olub.[12] Onun atası ofis əşyaları biznesi ilə məşğul olan Klas Berqlinq, anası isə aktrisa Anki Lidendir. Timin üç-qardaş bacısı var: Devid Berqlinq, Linda Sterner və aktyor Anton Körberg. Tim Berqlinq hələ səkkiz yaşında ikən öz yataq otağında musiqi ilə məşğul olurdu.[13]
Tim 16 yaşında olarkən dicey olan qardaşından ilham almış və öz musiqisini yaratmağa başlamışdır.[14] O, FL Studio-nu internetdən pirat formada yükləyərək öz-özünə istifadə etməyi öyrənmişdir. Tim 2007-ci ilin mayında Dejfitts Plays musiqi şirkəti ilə müqaviləyə imza atmışdı.[15] O, müntəzəm olaraq bacarıqlarını inkişaf etdirmək üçün Laidback Luke-un forumlarına üzv olmuşdu. Bu icmanın üzvü olmaqla, o, rəy ala, yeni şeylər öyrənə və sənətini təkmilləşdirə bilmişdi.[16]
Avicii 20 aprel 2018-ci ildə Omanın Maskat şəhərində yaşadığı evində ölü olaraq tapılmışdır. Ailəsi 26 aprel tarixində, məşhur diceyin ölüm səbəbinin intihar olduğunu bildirmişdir.[17]
İl | Single | Hit-paradda ən yüksək yer | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
SE [18] |
NL [19] |
AT [20] |
DK [21] |
NO [22] |
BE (Vl) [23] |
BE (Wa) [24] |
CH [25] |
IR [26] |
GB [27][28] |
US [29] | ||
2008 | «Sound of Now» | — | — | — | — | — | — | — | — | — | — | — |
2009 | «Muja EP» | — | — | — | — | — | — | — | — | — | — | — |
«Alcoholic»* | — | — | — | — | — | — | — | — | — | — | — | |
«Ryu-Strutnut» | — | — | — | — | — | — | — | — | — | — | — | |
2010 | «Bom» | — | — | — | — | — | — | — | — | — | — | — |
«Bromance»* | 16 | 5 | — | — | — | 1 | 4 | — | — | — | — | |
«Malo» | — | — | — | — | — | — | — | — | — | — | — | |
«Seek Bromance»* | 20 | — | 53 | 5 | 4 | — | — | 13 | — | 13 | — | |
2011 | «Street Dancer» | — | 67 | — | — | — | — | — | — | — | — | — |
«Sweet Dreams» | — | — | — | — | — | — | — | — | — | — | — | |
«Jailbait» | — | — | — | — | — | — | — | — | — | — | — | |
«Blessed»** (при уч. Shermanology) |
— | 22 | — | — | — | — | — | — | — | — | — | |
«Fade into Darkness» | 4 | — | — | — | — | — | — | — | — | — | — | |
«Penguin» | — | 60 | — | — | — | — | — | — | — | — | — | |
«Levels» | 1 | 3 | 4 | 3 | 1 | 4 | 5 | 5 | 3 | 4 | 60 | |
2012 | «Silhouettes» | 11 | 43 | 26 | 27 | — | — | — | — | 27 | 22 | — |
* Psevdonim Tim Berg.
** Psevdonim Tom Hangs.
İl | Single | Hit-paradda ən yüksək yer | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
SE [18] |
NL [19] |
AT [20] |
CH [25] |
IR [30] |
GB [27] | |||||||
2009 | «Even» (Avicii and Sebastien Drums) | — | — | — | — | — | — | |||||
«Break da Floor» (Ralph vs. Avicii) | — | — | — | — | — | — | ||||||
2010 | «My Feelings for You» (Avicii and Sebastien Drums) | 37 | 51 | 34 | 40 | — | 46 | |||||
«iTrack» (Tim Berg vs. Oliver Ingrosso & Otto Knows) | — | 53 | — | — | — | — | ||||||
«Tweet It» (Tim Berg, Norman Doray, Sebastien Drums) | — | — | — | — | — | — | ||||||
«Insomnia» (Starkillers, Pimp Rockers, Tom Hangs & Marco Machiavelli) | — | — | — | — | — | — | ||||||
«Don’t Hold Back» (Jovicii feat. Andy P) | — | — | — | — | — | — | ||||||
2011 | «Snus» (Avicii and Sebastien Drums) | — | — | — | — | — | — | |||||
«Collide» (Leona Lewis / Avicii) | — | — | 29 | — | 3 | 4 | ||||||
2012 | «I Could Be the One» (Avicii vs Nicky Romero) | — | 20 | — | — | — | — | |||||
2013 | «Wake Me Up» (Avicii feat. Aloe Blacc) | — | — | — | — | 1 | 1 |