Avqustin Kazotiç

Avqustin Kazotiç (xorv. Augustin Kažotić, it. Agostino Gasotti; 1260[1], Trоqir, Split-Dalmatiya jupaniyası[d]3 avqust 1323[1]) — Xorvatiya orta əsr yepiskopu, dominikan rahibi. 1303–1322-ci illərdə Zaqreb yepiskopu idi.[2]

Avqustin Kazotiç
Doğum tarixi 1260[1]
Doğum yeri
Vəfat tarixi 3 avqust 1323[1]
Qeyd edilir Katolik Kilsəsi
Müqəddəsləşdirilib 1702
Xatirə günü 3 avqust
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milliyətcə xorvat idi,[3] təxminən 1260-cı ildə dənizkənarı Trоqirdə anadan olmuşdur. Zadəgan ailədə doğulmuşdur, lakin gənclik illərində mirasdan imtina etdi və dominikanlılar ordeninə qoşuldu. Onun Parisdə təhsil aldığı illəri Akvinalı Fomanın orada dərs dediyi zamanla üst-üstə düşür.[4] Təhsilini bitirdikdən sonra Dalmasiyaya qayıtdı, burada parlaq xütbələri, şəxsi asketizm və dindarlığı ilə tanındı.

1303-cü ildə 19 il işlədiyi Zaqreb kafedrasına təyin edildi. Yepiskop vəzifəsində keşişlər arasında nizam-intizamı bərpa etmək üçün səyli tədbirlər gördü. Onunla əlaqəli bir sıra rəvayətlər var ki, onlarda yepiskopun möcüzəvi sağaltma vergisi haqqında bəhs edilir.[5]

1322-ci ildə Avinyonda Papa XXII İoannı ziyarət etdi, ancaq Papa ilə Macarıstan kralı Karl Robert arasındakı mübahisə səbəbiylə Zaqrebə qayıda bilmədi. Ömrünün son ilində, İtaliyanın Luçera şəhərinin yepiskopu idi. 1702-ci lldə beatifikasiya (müqəddəsləşdirildi) olundu. Cəsədi Luçera Zaqreb kafedralında saxlanılır, cəsədin bir hissəsi Zaqreb katedralindədir.[3]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "Metropolitan Archdiocese of Zagreb". 2014-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  3. 1 2 "BLAŽENI AUGUSTIN KAŽOTIĆ". Archived from the original on 2010-07-29. İstifadə tarixi: 2020-05-10.
  4. "Августин Казотич, еп., блж". Archived from the original on 2013-10-29. İstifadə tarixi: 2020-05-10.
  5. "«Августин Загребский» //Я. Кротов. Словарь святых". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]