Avraaam Linkoln sui-qəsdi, 14 aprel 1865-ci ildə Müqəddəs Cümə günü baş verən Amerika vətəndaş müharibəsinin son böyük hadisələrindən biridir. Amerika Birləşmiş Ştatlarının prezidenti Abraham Linkoln, Amerikalı qardaş oğlu adlı tamaşanı həyat yoldaşı və iki qonağı ilə Ford Teatrında seyr edərkən silahla vurulmuşdur.
Avraam Linkoln sui-qəsdi | |
---|---|
Ümumi məlumatlar | |
38°53′47″ şm. e. 77°01′32″ q. u.HGYO | |
Tarix | 15 aprel 1865 |
Silah(lar) | xəncər |
Ölü sayı |
|
Yaralı sayı |
|
Törədən(lər) | Con Uilks But |
Vikianbarda əlaqəli mediafayllar |
Aktyor və Konfederasiya simpatiyaçısı John Wilkes Booth, digər sui-qəsdçilər Lyuis Pauell və Corc Atzerodt ilə birlikdə, müvafiq olaraq o dövrün xarici işlər naziri William H. Seward və vitse-prezident Andrew Johnsonu öldürməyi planlaşdırdılar. But, xaos yaradacağına və Linkoln, Seward və Johnsonu öldürərək Federal Hökuməti məhv edəcəyinə ümid etmişdi. Booth Linkolnu öldürməyə müvəffəq olsa da, plan ümumi məqsədinə çatmadı. Sewardda da hücum edildi, ancaq o sağaldı. Johnsonu vurmalı olan adam isə panikaya düşərək Vaşinqtona qaçdı.
John Wilkes Booth, həddindən artıq cənub tərəfdarı və Konfederasiya adından çalışan bir Marylandli casusu idi. Boothun ilk planı, Lincolnu bazarlıq üçün Konfederasiya həbsxanasına qaçırmaq idi, lakin Linkolnun 11 apreldə afroamerikalıların hüquqları mövzusunda etdiyi nitqinə görə planını dəyişdirərək onu öldürməyə qərar verdi. Booth, Linkoln və həyat yoldaşının Ford Teatrında bir tamaşa izləməyə gələcəyini öyrəndi. Planını daha da genişləndirdi və vitse-prezident Andrew Johnson və xarici işlər naziri William H. Seward üçün sui-qəsdçilər təşkil etdi. 14 aprel axşamı, Linkoln və həyat yoldaşı "Our American Cousin" ("Amerikalı əmimiz") tamaşasını izləmək üçün Ford Teatrına gəldi. Linkolnun yaxın mühafizəçisi Ward Hill Lamon, həmin gün Linkoln istəmədiyi üçün tamaşaya baxmağa gəlməmişdir. Linkoln oyunu izləmək üçün özəl eyvanında yerini aldı. Booth, eyvanın arxasında bir deşik açaraq gözlədi. Çünki oyunun ən gülməli anını gözləyirdi. Beləliklə, səs-küy səbəbindən silah səsləri nəzərə çarpmayacaqdı. Booth, gülüş səslərinin ortasında Linkolnu vurdu və polkovnik Henri Rathbone-nin səyinə baxmayaraq səhnəyə atlaya bildi. Sonra "Sic semper tyranis!" deyə (Həmişə zalımlar üçün) qışqıraraq qaçdı. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Nəhayət Virciniyadakı bir anbarda öldürüldü.
Sui-qəsddən sonra Linkoln teatrın qarşısındakı Alman dərzisinə məxsus bir evə köçürüldü. Linkoln 15 aprel 1865-ci ildə səhər öldü. Linkoln cənazəsi İllinoysa qatarla aparıldı. Linkoln ABŞ-nin ən böyük prezidentlərindən biri hesab olunur. Bu gün Linkoln şəkli 5 dollarlıq əskinasın və 1 sentlik pulun üstündədir. Məzarı Sprinqfilddəki Oak silsiləsi abidəsindədir. Həmçinin 1922-ci ildə inşası başa çatdırılmış Linkoln memorialı da Vaşinqtonda yerləşir.