Uilyam Sivard

Vilyam Sivard (ing. William H. Seward) - Amerika Birləşmiş Ştatlarının XXIV Xarici İşlər Naziri, senator və keçmiş Nyu-York meri. Vilyam Sivardın dövlət orqanlarında xidmətə başlaması Avraam Linkolnun prezident seçilməsindən sonra baş vermişdir. Yüksək vəzifələrdə təmsil olunan Sivard, Linkolnun öldürülməsindən sonrada Endrü Consonun dövründə öz vəzifəsində saxlanılmışdır. Sivard quldarlığa qarşı olan fikirləri ilə tanınırdı, ABŞ Vətəndaş müharibəsi dövründə ABŞ-nin qalib gəlməsində böyük rolu olan Sivard abolisionizm hərəkatını hər zaman dəstəkləmişdir. 15 aprel 1865-ci ildə Avraam Linkolna sui-qəsd təşkil edilən axşam, Con Uilks But dövlətin xariçi işlər naziri və cənublular tərəfindən sevilməyən Sivarda qarşısda sui-qəsd planı təşkil etmişdir.

Vilyam Sivard
William H. Seward
bayraq
Amerika Birləşmiş Ştatlarının XXIV Xarici İşlər Naziri
bayraq2
5 mart 1861 – 4 mart 1869
ƏvvəlkiCeremi Blek
SonrakıElihu Vosborn
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Partiya Viglər
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, yazıçı
Həyat yoldaşı Frensis Adelina Sivard
Uşaqları Aqustos Henri Sivard
Fredrix Vilyam Sivard
Vilyam Henri Sivard
Korneliya Sivard
Olive Rasley Sivard
Dini anqlikanizm[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Plana əsasən Sivardın qəstçilər Sivardın malikanəsinə gecə vaxtı daxil olmalı və onu boğaraq öldürməli idilər. Ancaq ev xidmətçisinin səsə oyanması və hayküy salması nəticəsində plan baş tutmamışdır. Vilyam Sivard ABŞ tarixinə Alyaska ştatını satın almaqla daxil olmuşdur. 1867-ci ildə Rusiya imperiyası ilə 7.2 milyon dollara imzalanan müqaviləyə əsasən Alyaska ABŞ-nin nəzarətinə keçirdi. Müqavilənin imzalanmasında və qarşı tərəfin razı salınmasında böyük əməyi olan Vilyam Sivard Alyaskanın satın alınmasından sonra ABŞ-nin ərazisi 30% genişlənmişdir. Bu xidmətlərinə görə Alyaskada hər il 30 mart tarixində Sivard günü adlı bayram keçirilir. Alyaskanın ən böyük yarımadasıda Sivardın şərəfinə adlandırılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]