Avrasiya İqtisadi Qrupu (İngiliscə: Eurasian Economic Community, Rusca: Eвразийское Экономическое Сообщество, Türkcə: Avrasya Ekonomi Topluluğu)
Avrasiya İqtisadi Qrupu | |
---|---|
Növü | Regional təşkilat |
Yaranma tarixi | 2000 |
Ləğvolma tarixi | 2014 |
Mərkəzi | Moskva |
Üzvləri |
Belarus Qazaxıstan Qırğızıstan Rusiya Tacikistan |
evrazes.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Avrasiya İqtisadi Birliyi, üzv dövlətlərin iqtisadi inteqrasiyasını hədəf alan 2000-2014-cü illərdə mövcud olan regional bir təşkilatdır. Avrasiya İqtisadi Birliyinin yaranma prosesi, 6 yanvar 1995-ci il tarixində Rusiya ilə Belarusiya arasında imzalanan Gömrük İttifaqı Sazişi ilə başladı. 10 oktyabr 2000-ci ildə Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən imzalanan müqavilə ilə quruldu. Moldova və Ukrayna 2002-ci ildə, Ermənistan isə 2003-cü ildə təşkilata müşahidəçi qismində qoşulub. Özbəkistan 25 yanvar 2006-cı ildə Avrasiya İqtisadi Birliyinə qoşuldu. Təşkilat Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında da müşahidəçi statusuna malik idi. Avrasiya İqtisadi Birliyinin təşkilati quruluşu belə olub[1]: