Avro Vulcan (ing. Avro Vulcan)[1][2] — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir[3].
"Avro Vulcan" | |
---|---|
Tipi | Bombardmançı |
İstehsalçı | Hawker Siddeley |
Dizayner | Roy Chadwick / Stuart Davies |
İlk uçuş | 30 avqust 1952 |
İstismara verilmə tarixi | 20 iyul 1956 |
İstimarının bitmə tarixi | 1984-cü il |
İstismarçılar | Britaniya Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1956-1965 |
Buraxılış sayı | 134 |
Vahidinin qiyməti | 750,000 £ |
Vikianbarda əlaqəli mediafayllar |
İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində[4], Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı[5].
Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
1982-ci ildə İngiltərə ilə Argentina arasında ortaya çıxan Folklend adaları üzərindəki hakimiyyət anlaşılmazlığı nəticəsində çıxan Folklend müharibəsində bu təyyarə qitələr arası bombardman məqsədiylə Argentina mövqelərinə qarşı istifadə edilmişdi[6].