Hal-hazırda Avropa İttifaqına gələcəkdə üzv olmaq üçün beş ölkə namizəddir: Türkiyə (14 aprel 1987-ci ildən bəri), Şimali Makedoniya (22 mart 2004-cü ildən bəri), Monteneqro (2008-ci ildən bəri), Albaniya və Serbiya (hər ikisi 2009-cu ildən bəri).[1][2] Albaniya və Şimali Makedoniyadan başqa bütün ölkələr qoşulma danışıqlarına başlayıb. Bosniya və Herseqovina və Kosova (Kosova 5 Aİ ölkəsi tərəfindən tanınmır) Aİ-yə üzvlük üçün potensial namizədlər kimi tanınıblar.[3] Danışıqlarda ən tez irəliləyən Serbiya və Monteneqronun 2025-ci ilə qədər Aİ-yə üzv olması gözlənilir. Digər danışıqlar davam etsə də, Türkiyə ilə danışıqlar durğunluq dövründədir.[4]
Kopenhagen kriteriyaları və Maastrixt sazişinə uyğun olaraq, qoşulma kriteriyası belədir: azadlıq, demokratiya və insan hüquqları və fundamental azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət edən hər bir "Avropa ölkəsi" Aİ-yə üzvlük üçün müraciət edə bilər. Ölkənin Avropa ölkəsi olub-olmaması Aİ institutları tərəfindən siyasi cəhətdən qiymətləndirilir.[5]
Şərq Tərəfdaşlığı strategiyasına görə, Aİ-nin 2020-ci ildən əvvəl post-sovet ölkələrindən hər hansı birini bloka qoşulmağa dəvət edilməsi ehtimal edilmir.[6] Ancaq 2014-cü ildə Aİ Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzalayıb və Avropa Parlamenti hər 3 ölkənin "Avropa perspektivi"ni tanıyan qətnamə qəbul edib.[7][8]
Status |
Assosiasiya sazişi |
Üzvlük üçün müraciət |
Namizəd statusu |
Danışıqlar başlayır |
Tədqiq bitir |
Fəsillər[9] | |
---|---|---|---|---|---|---|---|
Albaniya | Danışıqlar aparan namizəd |
2009-04-01 (SAS) | 2009-04-28 | 2014-06-24[1] | 2020-03-24 | – | – |
Bosniya və Herseqovina | Danışıqlar aparan namizəd |
2015-06-01 (SAS) | 2016-02-15[10] | 2023-12-15 | – | – | – |
Gürcüstan | Danışıqlar aparan namizəd |
2016-06-01 (AA) | 2022-03-03 | 2023-12-14 | – | – | – |
Kosovo | Potensial namizəd |
2016-04-01 (SAS)[11] | – | – | – | – | – |
Moldova | Danışıqlar aparan namizəd |
2016-06-01 (AA) | 2022-03-03 | 2022-06-23 | 2023 | 2024 | – |
Monteneqro | Danışıqlar aparan namizəd |
2010-05-01 (SAS) | 2008-12-15 | 2010-12-17 | 2012-06-29 | 2013-06-27 | 33-ün 3/33-i |
Şimali Makedoniya | Danışıqlar aparan namizəd |
2004-04-01 (SAS) | 2004-03-22 | 2005-12-17 | 2020-03-24 | – | – |
Serbiya | Danışıqlar aparan namizəd |
2013-09-01 (SAS) | 2009-12-22 | 2012-03-01 | 2014-01-21[12] | 2015-03-24 | 34-ün 2/17-i |
Türkiyə | Namizəd danışıqlar səmərəli donmuş |
1964-12-01 (AS) | 1987-04-14 | 1999-12-12 | 2005-10-03 | 2006-10-13 | 33-ün 1/16-ı |
Ukrayna | Danışıqlar aparan namizəd |
2017-09-01 (AA) | 2022-02-28 | 2022-06-23 | 2023 | 2024 | – |
pursuant to Article 49 of the Treaty on European Union, Georgia, Moldova and Ukraine – like any other European state - have a European perspective and may apply to become members of the Union provided that they adhere to the principles of democracy, respect fundamental freedoms and human and minority rights and ensure the rule of law;