Avropa Cənub Rəsədxanası

Avropa Cənub Rəsədxanası (ACR; ing. European Southern Observatory, ESO) —yer mərkəzli astronomik tədqiqatlar üçün 16 üzv ölkədən ibarət hökumətlərarası təşkilat. Burada təqribən 730 işçi çalışır və təşkilata üzv olan dövlətlər tərəfindən illik olaraq təxminən 162 milyon avro maddi vəsait ayrılır. Rəsədxanalar Çilinin şimalında yerləşir.

Avropa Cənub Rəsədxanası
Loqonun şəkli
Yaranma tarixi 1962
Üzvləri
  • 730 nəf. (2017)
eso.org
eso.org/public/france/?l…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ACR-in müşahidə vasitələrilə astronomik kəşflər edilmiş və bir neçə astronomik kataloq hazırlanmışdır. Kəşflər arasında ən uzaq qamma şüası partlayışının kəşfindən tutmuş, Süd yolunun mərkəzində qara dəliyin olmasına dair məlumatlar da yer alır. 2004-cü ildə VLT astronomlara 173 işıq ili uzaqlıqdakı qəhvəyi cırtdanın ətrafında fırlanan ekzoplanetin (2M1207b) ilk təsvirini əldə etməyə imkan verdi. Köhnə ACR 3,6 m teleskopunda quraşdırılmış Yüksək Dəqiqlikli Radial Sürətli Planet Axtarıcı (HARPS) aləti Günəş sistemindən kənarda görünən ən kiçik planetlərdən biri olan Gliese 581c də daxil olmaqla günəşdənkənar planetlərin kəşfinə səbəb oldu.

Birgə Avropa rəsədxanasının yaradılması ideyası Hollandiyanın Leyden Rəsədxanasında 1953-cü ilin yazında Valter BaadeYan Oort tərəfindən irəli sürülmüşdür. Həmin il iyunun 21-də Oort onun yaradılması imkanlarını müzakirə etmək üçün bir qrup astronomu Leydenə topladı. Bu məsələ daha sonra Hollandiyada da keçirilən Qrininq Konfransında qaldırıldı. 26 yanvar 1954-cü ildə altı Avropa ölkəsinin aparıcı astronomları tərəfindən cənub yarımkürəsində birgə Avropa rəsədxanasının yaradılması üçün ACR bəyannaməsi imzalandı .

Cənub yarımkürəsinin seçilməsi onunla əsaslandırıldı ki, o dövrdə bütün irihəcmli teleskop-reflektorlar şimal yarımkürəsində yerləşirdi. Bundan əlavə, Süd Yolunun mərkəzi hissəsinə və Magellan Buludları kimi bir çox obyektə yalnız cənub yarımkürəsindən baxmaq mümkündür. Əvvəlcə teleskopların Cənubi Afrikada yerləşdirilməsi planlaşdırılırdı, lakin müşahidələr zamanı məlum oldu ki, Cənubi And dağlarında şərait daha əlverişlidir və 15 noyabr 1963-cü ildə teleskopların yerləşdiyi yer kimi Çili Respublikası seçildi.

Bu qərardan əvvəl ACR Konvensiyası 5 oktyabr 1962-ci ildə Belçika, Almaniya, Fransa, Hollandiya və İsveç tərəfindən imzalanmış və Otto Hekman baş direktor vəzifəsinə təyin edilmişdir .

La Sillada yerləşən ilk ACR teleskopları 1966-cı ildə istismara verildi. 1980-ci ildə ACR Avropa şöbəsinin qərargahı Almaniyanın Münhen şəhərində yerləşən Qarxinqə köçürüldü.

Təşkilat 1962-ci ildə yaradılıb, məqsədi astronomları ən müasir tədqiqat vasitələrilə təchiz edərək cənub səmasına çıxışı təmin etmişdir. ACR tərəfindən ən böyük və texnoloji cəhətdən ən qabaqcıl teleskoplar inşa edilərək istifadəyə verilmişdir:

  • NTT (New Technology Telescope) La Silla Rəsədxanasında yerləşən aktiv optikaya malik 3,6 m diametrli ilk teleskopdur.
  • VLT (Very Large Telescope) Paranal Rəsədxanada dörd 8,2 metrlik teleskop və 1,8 metrlik dörd köməkçi teleskopdan ibarət sistemdir.

Hazırda Extremely Large Telescope-un inşası həyata keçirilir. O 39,3 metr diametrli seqmentli güzgüdən istifadə edəcək və 2024-cü ildə istifadəyə verildikdə dünyanın ən böyük teleskop-reflektoruna çevriləcək. Onun işıq toplama qüvvəsi digər ulduzların ətrafındakı planetləri, kainatdakı ilk obyektləri, ifratkütləli qara dəlikləri, kainata hakim olan qaranlıq maddəninqaranlıq enerjinin təbiətini və paylanmasını ətraflı şəkildə öyrənməyə imkan verəcək.

Həmçinin ALMA (Atacama Large Millimeter Array) layihəsi 2013-cü ilin mart ayında Avropa (ACR tərəfindən təmsil olunur), Şimali Amerika, Şərqi Asiya və Çilinin beynəlxalq əməkdaşlığı ilə tamamlanmışdır. ALMA kainatı millimetrik və submillimetrik dalğa uzunluğu diapazonlarında müşahidə etməyi qarşısına məqsəd qoyan dünyanın bu günə qədərki ən böyük yer mərkəzli astronomiya layihəsidir.

ACR hava şəraiti baxımından astronomik müşahidələr üçün ən yaxşılardan biri olduğuna görə, Atakama (Çili) ilə əlaqə qurur, belə ki, astronomik müşahidələr və tədqiqatlar üçün çoxlu xidmətlər həyata keçirir:

  • La Silla Rəsədxanası
  • Paranal Rəsədxanası
  • Llano de Chahnantor Rəsədxanası.

Baş ofisi yerləşir Münhen şəhərində, Qarxinqdə (Almaniya) yerləşir.

ACR bir çox tədqiqatlar aparıb və bir neçə astronomik kataloq dərc etdirib. Son tədqiqatlara aiddir:

  • Ən uzaq qamma partlayışının aşkarlanması.
  • Qalaktikamızın mərkəzində qara dəliyin mövcudluğunun təsdiqi.
  • 2004-cü ildə 173 işıq ili məsafədə yerləşən qəhvəyi cırtdanın orbitində fırlanan 2M1207b ekzoplanetinin planetin ilk fotoşəkli alındı.
  • HARPS spektroqrafının köməyi ilə böyük miqdarda başqa planetlərin aşkarlanması.
  • VLT insan tərəfindən müşahidə edilən ən uzaq qalaktika hesab edilən Abell 1835 IR1916 qalaktikasını kəşf edib, lakin məlumat təsdiqini tapmayıb.

ACR-ə üzv ölkələr

[redaktə | mənbəni redaktə et]
ACR-ə üzv ölkələr

[1] [2] [3] [4] [5]

  1. "ESO Glossary of Acronyms Arxivləşdirilib 2022-05-22 at the Wayback Machine".
  2. "ESO's Organisational Structure Arxivləşdirilib 2018-09-07 at the Wayback Machine".
  3. "Member States Arxivləşdirilib 2022-04-29 at the Wayback Machine". 2017–04–02.
  4. "ALMA website Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine".
  5. "Welcome to ALMA! Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine".