Reflektor (lat. reflect - əks etdirmək) optik teleskopların bir növüdür. Onun obyektivi çökük güzgü və ya güzgülər sistemindən ibarətdir. Reflektorun iş prinsipi işığın əks olunmasına əsaslanır. Reflektor XVII əsrdə refraktora bir alternativ olaraq yaradılmışdır, o zaman o xromatik aberrasiyaya məruz qalan bir sistem idi. Reflektorun digər optik aberrasiyalar meydana gətirməsinə baxmayaraq, çox geniş diametrli obyektivlər üçün istifadə olunur. Demək olar ki, astronomik müşahidələrdə istifadə olunan bütün böyük teleskoplar reflektordur. Reflektorların bir çox növləri mövcuddur, bundan başqa görüntü keyfiyyətini yaxşılaşdırmaq və ya görüntünü mexaniki cəhətdən uyğun yerə salmaq məqsədilə əlavə optik elementlərdən istifadə oluna bilir. Reflektorlarda güzgüdən istifadə olunduğundan bu cür teleskoplar bəzən katoptrik də adlandırılır.
Çökük güzgülərdən linza əvəzinə istifadə etmək fikri İbn əl-Haytəm -in XI əsrdə apardığı optika tədqiqatlarından sonra erkən müasir Avropada Latın tərcümələrində geniş büsət aldı.[1]Refraktonun kəşfindən qısa bir müddət sonra Qaliley, Civanni Fransisko Sadeqo və başqaları çökük güzgülərin prinsipləri haqqında bilikləri genişləndirərək, obyektivi güzgü olan teleskopun yaradılması fikrinini ortaya çıxardılar.[2] Bolonyada Keseare Caravaggi tərəfindən belə bir teleskop 1626-cı ildə qurulması barədə məlumatlar vardır,həmçinin İtalyan professoru Nikolo Zucçi daha sonrakı bir işində 1616-cı ildə çökük bürünc güzgü ilə eksperiment apardığını ancaq qanəətbəxş bir nəticə ala bilmədiyini qeyd edir[3]. Parabolik güzgülərin istifadəsinin potensial üstünlükləri, əsasən sferik aberrasiyanın azalması, xromatik aberasiyanın olmaması əks etdirən teleskoplarin bir çox dizaynlarının yaranmasına səbəb oldu.[4] Bunlardan ən önəmlisi Ceyms Georginin 1663-cü ildə əks etdirən teleskoplar üçün irəli sürdüyü yenilikçi dizayn idi. Təxminən 10 il sonra (1673) ekspermentalist Robert Huk bu tip bir teleskop yaratmağa nail oldu, bu teleskop Qriqorian teleskopu adlı ilə məşhurdur. [5][6][7]
İsaak Nyuton 1668-ci ildə yaratdığı telesskop ilə ilk reflektorun yaradıcısı sayılır.[8] Nyuton teleskopu sferik metal əsas güzgü və kiçik diaqonallı ikinci güzgünün optik konfiqurasiyasından ibarət idi.
Çökük baş güzgü fokal müstəvidə təsvir almaq üçün reflektorun əsas optik elementidir. Güzgünün (obyektivin) optik mərkəzidən fokal müstəviyə qədər olan məsafə obyektivin fokus məsafəsi adlanır.[9]
Nyuton sistemində parabolik baş güzgüdən əks olunan şüalar müstəvi güzgü vasitəsilə borunun yan səthindən kənarda toplanır, buraya isə okulyar, fotokaset və başqa qəbuledici qoyula bilər. Nyuton sistemində müşahidəçinin borunun yanındakı fokus nöqtəsində olması tələb olunur.[9]
Kasseqren sistemində baş parabolik güzgünün mərkəzində kiçik diametrli deşik vardır. Baş güzgüdən əks olunan şüalar konusvari şəkildə baş optik oxda yerləşdirilmiş qabarıq güzgüdə əks olunaraq baş güzgüdəki deşikdən arxada fokuslanır. Kasseqren güzgüsünün qabarıqlığı işıq dəstəsinin kəskin deyil, tədricən toplanmasına şərait yaradır. [9]
Qreqori sistemində ikinci qreqori güzgüsünün səthi elliptikdir. Bu güzgü baş güzgünün fokusundan sonra yerləşdirilir əks olunan şüalar Kasseqren sistemində olduğu kimi baş güzgünün arxasında toplanır.[9]
Baş fokusda ikinci optik güzgü istifadə edilməzsə, təsvir əsas qabarıq güzgünün mərkəzi vasitəsilə alınar.