Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır.
Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır.
1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi LimadanKadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
1769 — İspaniya gəmisi olan «San-Migel» 52°37' c. e. və 47°49' q. u. adaları yenidən müşahidə etmişdir.[1]
1774 — «Avrora» gəmisinin heyət üzvləri adaları yenidən müşahidə etdiklərini bəyan edirlər.
1794-ci ildə adalar «Atrevida» gəmisinin kapitanı J. de Butameste tərəfindən araşdırılmışdır. Onun sözlərinə görə adalar qrupu üç adadan ibarətdir:
Mərkəzi ada — qrupun ən iri adasıdır. Zirvəyə malikdir. Çadır formasına malikdir. Cənubdan qarla örtülüdür. Şimalında qaraltı suxurun olması anlamına gəlir. Koordinatları 53°2’40" c. e. və 47°55’15" q. u.
Şimal adası — hündürlüyü azdır, üstəlik üzəri buzla örtülüdür. Koordinatları 52°37’24" c. e. və 47°43’15" q. u.
Cənub adası — böyük qaya, aysberqə bənzəyir. Koordinatları 53°15’22" c. e. və 47°57’15" q. u.
1856-ci ildə «Helen Beyrd» adasının kapinatı adaları tətqiq edərkən onların beş olmasını yazmışdır. Adalar qarla örtülüdürlər.
Allan Edqar Ponun «Artur Qordon Pimanın səyahəti» («The Narrative of Arthur Gordon Pym of Nantucket», 1838) povestində Avrora adalarının əhəmiyyətsiz axtarışlarından söhbət açılır.
Barbara Xocsonun «Hippolita» («Hippolyte’s Island», 2001) poemasında qəhrəman adaları yenidən kəşf edir.
Dənizçilər arasında belə bir əfsanə gəzirdi ki, burada İspaniyaya məxsus olan qızılla dolu olan gəmi batmışdır. R. Ramsey bu gəminin 1812-ci ildə Cənubi Şetland adaları yaxınlığında yoxa çıxmış «San-Temlo» olmasını ehtimal edir.