Şaq qayalıqları

Şaq qayalıqları (ing. The Shag Rocks, isp. Rocas Cormorán) — 7 yaşayışı olmayan kiçik adalardan ibarətdir. Atlantik okeanının cənubunda Skotia dənizi yerləşən arxipelaq.

Şaq qayalıqları
ing. The Shag Rocks
Ümumi məlumatlar
Adaların sayı 6
Ümumi sahəsi 0,2 km²
Hündür nöqtəsi 75 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
53°33′00″ c. e. 42°02′00″ q. u.
Ölkə  Cənubi Georgiya və Cənubi Sandviç adaları
Akvatoriya
[[Fayl:|280px|Şaq qayalıqları xəritədə]]
Şaq qayalıqları
Şaq qayalıqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adalar mübahisəli ərazi sayılır. Arxipelaq Böyük Britaniyanın Britaniya dəniz əraziləri Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxil edilir. Bununla belə Argentina adaları öz ərazisi hesab edir. Odlu Torpaq, Argentida və Cənubi Atlantida adaları vilayəti daxil edildiyi bildirilir.

Şaq qayalıqları Cənubi Georgiyadan 232 km şimal-qərbdə, Folklend adalarından min km, Odlu Torpaq adasından isə 1,2 min km aralıda yerləşir. Şaq qayalıqlarından 16 km cənub-şərqdə tənha Blək qayası yerləşir. Bu qayanı bəzən arxipelaqa daxildir.

Şaq qayalıqları Skotiya tavasında Cənubi Antil silsiləsinin suyun səthinə çıxdığı ərazilərdir. Arxipelaqın sahəsi 20 ha (0,2 km²) təşkil edir. Adaların ən hündür nöqtəsi 75 m təşkil etdədə suyun dibindən hündürlük 320 metrdir.

İqlimi subantarktikdir. İyul-avqust ayları −1,3°S, fevralda isə +5,3 °S təşkil edir. Maksimal temperatur +15°S, illik yağıntının miqdarı 1400–1500 mm təşkil edir. İl boyu küləklər əsir. Yağıntı hər zaman qar halında düşür. İqlimi rütubətlidir.

Bitki örtüyü yoxdur. Heyvanlar aləmi Antarktika mavigöz qarabatdağı, Fırtınaquşular (Pachyptila, Halobaena) Diomedea exulans ibarətdir. Sahil sularında Kril yayılmışdır.

Arxipelaqı 1762 ildə ispaniyalı Lima de la Llana (Limadan Kadisə üzərkən) aşkarlayır. O, adaları öz gəmisinin şərəfinə Avrora adaları adlandırır. Koordinatlar hazır ki, Şaq qayalıqlarıilə eyni olsa da adaların sayının üç olduğunu bildirmişdir. Avror adaları bölgədə dənizçilərə 1856-cı ilə qədər görünmüşdür. Dəqiqliklə bu adaların olub-olmaması bilinmir.

Dəqiq olaraq adaları Ceyms Şeffild aşkarlamış və onların bugünkü adını vermişdir. Adalar ilk dəfə 1927-ci ildə ətraflı məlumat verilmiş və araşdırılmışdır.

İlk dəfə olaraq qayalıqların üzərinə 1956 ildə argentinalı qlyasioloq Mario Giovinetto helikopterlə eniş etmişdir. O, qayalıqların dağ suxurlarından ibarət olmasını aşkarlayır.