Avstraliya Zireh və Artilleriya Muzeyi

Avstraliya Zireh və Artilleriya Muzeyi İkinci Dünya Müharibəsimüharibədən sonrakı dövrlərdəki tanklara, zirehli texnikalara və artilleriyaya həsr olunmuş şəxsi muzeydir. Rəsmi olaraq 2014-cü ildə Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində açılmışdır.[3]

Avstraliya Zireh və Artilleriya Muzeyi
Australian Armour and Artillery Museum
Açılış tarixi 6 sentyabr 2014[1]
Mövzu Artilleriya və Zirehli texnikalar
Ölkə
Kolleksiyası 103 zirehli avtomobil daxil olmaqla ümumilikdə 193 texnika
Telefon +61-7-4038-1665[2]
16°50′53″ c. e. 145°41′30″ ş. u.
Avstraliya Zireh və Artilleriya Muzeyi xəritədə
Avstraliya Zireh və Artilleriya Muzeyi
Avstraliya Zireh və Artilleriya Muzeyi
ausarmour.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey ixtisar edildiyi zaman Littlefield kolleksiyasından bəzi əşyalar da daxil olmaqla, sərgi üçün xaricdən bir sıra nəqliyyat vasitələri və əşyalar alınır. Bu, Avstraliyadakı ən böyük hərbi maşın kolleksiyasıdır və Puckapunyaldakı Avstraliya Kral Zirehli Korpusu Memorialı və Ordu Tank Muzeyindən başqa Avstraliyada yeganə böyük avtomobil kolleksiyasıdır. Bu, dünyada artilleriya və zirehli döyüş maşınlarının ən böyük şəxsi kolleksiyalarından biridir.

Muzeydə Rusiya, Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞÇexoslovakiyadan olan texnikalar da daxil olmaqla, bir sıra xarici istehsalçıların texnikaları saxlanılır.

İşlək vəziyyətdə olan Panzer IV Ausf D

Kolleksiyası[redaktə | mənbəni redaktə et]

Muzeydə Birinci Dünya Müharibəsinə aid artilleriya, İkinci Dünya Müharibəsindən və müharibədən sonrakı dövrə aid texnikalar mövcuddur. Bütün kolleksiyada 190-dan çox eksponatla birlikdə 100-dən çox maşın vardır. Bəziləri də bərpa və tranzitin müxtəlif mərhələlərindədirlər. Kolleksiyada Almaniya, ABŞ, Avstraliya, Britaniya və Rusiya nümunələri də daxil olmaqla bir sıra zirehli maşınlar sərgilənir.

ABŞ nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Kolleksiyaya daxil olan ABŞ avtomobillərinə həm erkən model, həm də sonrakı model Stuart, M47 Patton, M48 Patton, M110 özüyeriyən artilleriyası, M3 Lee, M3 Grant, Sherman M4A1, White zirehli yarımtransportyoru, Staghound, M52 105 mm SPG, LVT4 desant maşını, M114 Komanda və Kəşfiyyat maşını, M577A1 Komanda maşını (keçmiş Avstraliya Ordusu), M113A1 (keçmiş Avstraliya ordusu), White M3 zirehli yarımtransportyoru, Staghound zenit silahının variantı, M3 Grant “yerli təsərrüfat versiyası”, M36 Jackson, M7 Priest və M41 Uoker Bulldoq daxildir.

Avstraliya nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Kolleksiyada iki nadir Sentinel tankı (AC1 və AC4), Dingo kəşfiyyat maşını, Local Pattern 2 Daşıyıcısı 2 Pdr Hücum Daşıyıcısı, Yeramba 25 funtluq özüyeriyən artilleriyası, LP4 zirehli avtomobili, M113 yanğınsöndürmə maşını, S1 (Amerika) kəşfiyyat avtomobili və Blitz yük maşınında yerləşdirilmiş olan 2 funtluq Portee mövcuddur.

Avstraliya Zireh & Artilleriya Muzeyinin interyeri

İngilis nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Kolleksiyaya Archer, Saladin (iki), Chieftain, Humber Zirehli Avtomobili, Matilda II tankı, İkinci Dünya Müharibəsi dövrünə aid İngilis artilleriya traktoru, Sherman Firefly, Churchill Mk VII, Churchill Flail, Churchill AVRE, Centurion, Valentine tankları, Saracen, Ferret Mk 2, Fox, FV433 Abbot SPG, Sabre, Bar Mina Layer, Mk3 No.1 Buldozer bıçağı ilə təchiz edilmiş olan Matilda II tankı daxildir.

Rus nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Sovet artilleriya traktoru, BMP1, T-55, T26, T34/85, T60, T70, T72, BTR152, SU76, SU100, ISU152, Pion 2S7 203 mm SPG, BTR60 Komandanlıq versiyası, ATL Artilleriya Traktoru, SA-2 (Yer-Hava tipli Raket) və 2S1 Gvozdika

Alman nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Kolleksiyaya Panzer 38(t), Jagdpanzer 38(t), Pz.Kpfw. III Ausf J, Pz.Kpfw. VI “Tiger” (bu tank Qəzəb filmindəki tankın replikasıdır), Hummel, Leopard 1, Kanonenjagdpanzer, Pz.Kpfw. IV Ausf D, Pz.Kpfw. IV Ausf E, Pz.Kpfw. IV Ausf G, Pz.Kpfw. IV Ausf J, Kettenkraftrad(Sd.Kfz. 2), Sd.Kfz. 250/3 Ausf A, Sd.Kfz. 250/3 Ausf B, Sd.Kfz 250/8, Sturmgeschütz III Ausf A, Sturmhaubitze 42, Beobachtungpanzer Artilleriya Müşahidə Vasitəsi, Sd.Kfz. 251/1 Ausf D, Sd.Kfz. 251/9 Ausf C, Sd.Kfz. 251/22, Sd.Kfz. 11/1, Pz.Kpfw. V Ausf A “Panther”, Jagdpanzer IV, Sturmgeschütz IV və Raupenschlepper Ost RSO mit Pak 40 daxildir.

Sturmgeschütz III Ausf G və Jagdpanther kolleksiyaya məxsusdur, lakin bu texnikalar üzərində bərpa işləri aparıldığına görə nümayiş etdirilmirlər.

Digər ölkələr[redaktə | mənbəni redaktə et]

Digər ölkələrdən gələn digər maşınlara Kanadanın Ram Kangaroo zirehli transportyoru, Çex OT810 yarımtransportyoru, Kanadanın Lynx, Fransanın Panhard AML, Ford Gun Traktoru ilə Avstraliyanın Limber və Britaniyanın 25 pdr ilə 30 mm AA zenit silahı olan Çexiyanın Praqa texnikası daxildir.

Nümayiş etdirilməyən nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Bundan əlavə, muzeyə məxsus, lakin hazırda sərgidə olmayan bir sıra nəqliyyat vasitələri mövcuddur. Əsasən bunlar hələ də ya yerində, ya da xaricdə zavodlarda hazırlanan, ya da Muzeyə gətirilmə ərəfəsində olan texnikalardırlar. Bunlardan bəzilərinə Cromwell Orta tankı, Goliath mina təmizləmə qurğusu və başqa 25-ə yaxın planlaşdırılmış eksponat daxildir.[4]

AusArmourfest[redaktə | mənbəni redaktə et]

AusArmourfest 2019 tədbirində nümayiş etdirilən Sherman Firefly tankı

Hər il Muzeylərin ad gününü qeyd etmək üçün Muzey AusArmourfest adlı iki günlük tədbirə ev sahibliyi edir. AusArmourfest insanlara əməliyyatlarda istifadə edilmiş olan bəzi maşınlarda gəzintiyə çıxmaq imkanı verir. Keçmiş illərdə ziyarətçilərə minmək üçün icazə verilmiş olan bəzi nəqliyyat vasitələrinə Hetzer, T-72, Panzer IV , Leopard, Kettenkrad, Saber və bir çox başqa hərbi texnikalar daxil olmuşdur.

Wargaming Inc-dən muzeyə Avstraliya tanklarının bağışlanması[redaktə | mənbəni redaktə et]

Muzeydə iki nadir Avstraliya kreyser tankı (dünyada qalan altı tankdan ikisi), AC1 Sentinel və AC4 kimi təqdim olunan AC3 qülləli olan hibrid AC1 tankı mövcuddur. AC1 Sentinel World of Tanks tank oyununun istehsalçısı Wargaming Inc tərəfindən alınmış və muzeyə hədiyyə verilmişdir. Sentinel ABŞ-də Littlefield Collection-da idi ki, kolleksiya onun bir çox texnikasını satmış və Wargaming Inc şirkəti də onları alıb orijinal evinə qaytarmaq istəmişdir. Satınalmanın bir hissəsi olaraq, muzey alınmış tanklara Wargaming tərəfindən giriş edilməsinə icazəsi vermişdir ki, onlar da tankın fiziki xüsusiyyətlərini dəqiq bir formada təhlil və tədqiq edərək onu öyrənmiş və öz oyunları üçün daha dəqiq bir şəkildə təkrarlamışdırlar.

Atış qalereyası və emalatxanası[redaktə | mənbəni redaktə et]

Muzeyin ərazisində həmçinin müstəqil olaraq 50 metrlik atıcılıq qalereyası və xarab vəziyyətdə olan texnikaların bərpa oluna biləcəyi təmir/bərpa emalatxanası da mövcuddur. Emalatxananın bir sıra işçi heyəti vardır və onlar nəqliyyat vasitələrini dəyişdirə və ya düzəldə bilirlər. 2015-ci ildən etibarən muzeyin ərazisi daha çox nəqliyyat vasitəsini yerləşdirmək üçün genişləndirilmişdir.

Tiger 1 replikası[redaktə | mənbəni redaktə et]

2016-cı ildə muzey emalatxanası Tiger 1 nüsxəsinin hazırlanmasını həyata keçirdi. Bunun üçün, ilkin olaraq Qəzəb filmi üçün hazırlanmış, yüksək dəqiqliklə qismən hazırlanmış Tiger I tankından istifadə etmişdir ki, bu Tiger I tankıda özlüyündə Tiger 131 tankının dəqiq replikası idi. Yenidənqurma zamanı Tigerin yuxarı hissəsindən istifadə edilmiş, həmçinin bütün tankı istehsal etmək üçün, muzeyin satın aldığı orijinal Tiger hissələrinə də istinadlar edilmişdir. Muzey ilk dəfə öz tankını sıfırdan istehsal etdiyi zaman alt şassi işləyə bilməsi üçün gücləndirilmişdir. Tiger reproduksiyası Scania yük maşınının mühərrikindən istifadə edir. Hərəkət mexanizmi T-55 (Tırtıl, dayaq qolları və burulma çubuqları), yol təkərləri M110 və idarəedici/sükan komponenti T62-dəndir, lakin zahiri olaraq, ön ötürücü dişli çarxı (T-62 T/gövdəsinə görə 200 mm daha çox hündürlüyə qalxır) və T55 tırtılı istisna olmaqla bu tank demək olar ki, tam olaraq işləyən dəqiq Tiger 1 tankının replikasıdır. Onun tikintisi, 2016-cı ilin noyabrında başa çatdırılmış və bu miqyasda Avstraliyada istehsal edilmiş yeganə reproduksiya tankıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.ausarmour.com/.
  2. 1 2 3 https://www.ausarmour.com/contact/.
  3. Michael Serenc. "Cairns' Australian Armour and Artillery Museum ready to open with a bang". Cairns Post. September 3, 2014. 23 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2015.
  4. "Surviving Panzers". 2012-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.