Avstraliya vyetnamlıları (ing. Vietnamese Australians, vyet. Người Úc gốc Việt) — vyetnaməsilli avstraliyalılar. Avstraliya vyetnamlıları qlobal Vyetnam diasporasının ən böyük qruplarından biridir. 2021-ci il siyahıyaalmasında 334,781 nəfər əcdadlarının vyetnamlı olduğunu bildirmişdir, bu da Avstraliya əhalisinin 1,3%-ni təşkil edir.[1] 2021-ci ildə Avstraliya Statistika Bürosu Vyetnamda 268,170 Avstraliya sakininin doğulduğunu təxmin etmişdir.[2]
Avstraliya vyetnamlıları | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
1975-ci ilə qədər Avstraliyada 2,000-dən az vyetnaməsilli insan var idi. [3] Vyetnamda müharibə başa çatdıqdan sonra, 1975-ci ilin aprelində Qaçqınların Statusuna dair BMT Konvensiyası imzalayan Avstraliya 1975–1985-ci illərdə qaçqınların köçürülməsi planına əsasən vyetnaməsilli qaçqınların öz payını köçürməyə razılaşmışdı. 1970-ci illərin sonlarında qaçqınların ilkin qəbulundan sonra 1983–1984-cü illərdə ikinci immiqrasiya zirvəsi baş tutmuşdur. Ehtimal olunur ki, bu, Avstraliya və Vyetnam hökumətləri arasında 1982-ci ildə Avstraliya vyetnamlıların qohumlarına ölkəni tərk edərək Avstraliyaya köçməsinə icazə verən razılaşmanın nəticəsi idi. 1980-ci illərin sonlarında gerçəkləşmiş üçüncü immiqrasiya zirvəsinin Avstraliyanın ailə birləşməsi sxemi ilə bağlı olmuşdur.[4] Cənubi Vyetnamın süqutundan sonra qaçqın olan yaşlı nəsillərin əhəmiyyətli bir hissəsi əvvəllər Vyetnam hökumətini bəyənmədiyini bildirmişdir.[5]
Thousands of members of Sydney's Vietnamese community will today protest against SBS's continued broadcast of a Hanoi news service that former refugees say contains offensive and distressing communist propaganda.