Vyetnamın dövlət quruluşu - 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Vyetnam | |||||
---|---|---|---|---|---|
Cộng Hòa Xã Hội Chủ Nghĩa Việt Nam | |||||
| |||||
Ðộc lập, tự do, hạnh phúc (vyet. Müstəqillik, Azadlıq, Xoşbəxtlik) | |||||
Himn: Tiến Quân Ca |
|||||
Tarixi | |||||
• Fransadan müstəqillik | 1945 | ||||
Paytaxt | Hanoy | ||||
İdarəetmə forması | bir partiyalı unitar sosialist respublika | ||||
Prezident | Çıonq Tan Şanq | ||||
Sahəsi | Dünyada 66-cı | ||||
• Ümumi | 331210 km² | ||||
• Su sahəsi (%) | 1,3 | ||||
Əhalisi | |||||
• Əhali | 90 549 390 nəfər (13-cü) | ||||
• Sıxlıq | 273 nəf./km² |
Vyetnam məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist respublikasıdır. Milli bayram günü olan müstəqillik günü (1945) 2 sentyabr tarixində qeyd edilir. Ölkə Konstitusiyası 15 aprel 1992-ci ildə qəbul edilmişdir.
Vyetnam 58 əyalətə (Anzyanq, Bakkan, Bençe, Daklak, Donqnay, Zyalay, Lonqan, Nqean, Namdin, Kontum, Futxo, Fuyen, Xatin, Xoabin, Çavin, Xanam, Şonla və s.) və mərkəz tabeçiliyində olan 5 iri şəhərə (Hanoy, Xoşimin, Dananq, Kantxo və Xayfon) bölünür.
Ölkədə milli birliyin rəmzi, müstəqilliyin və ərazi bütövlüyünün, Hökumətin sabit fəaliyyətinin və dövlət təhlükəsizliyinin təminatçısı, daxili və xarici münasibətlərdə Vyetnam Sosialist Respublikasının ali təmsilçisi olan Prezident, eyni zamanda Silahlı Qüvvələrin ali baş komandanı və Müdafiə və Təhlükəsizlik Şurasının sədridir.
Mövcud Konstitusiyaya görə, Vyetnamda birpartiyalı siyasi sistem bərqərar olduğundan, bir qayda olaraq dövlət başçıları Kommunist partiyasının üzvləri arasından seçilirlər.
Dövlət başçısı Nazirlər Kabinetinin strukturunu formalaşdırır, Milli Assambleyanın razılığı əsasında Baş naziri, nazirləri və digər ali vəzifəli şəxsləri təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.
Vyetnamın ali qanunverici orqanı 500 yerlik, bir palatalı Milli Assambleyadır. Parlamentin deputat yerləri bir qayda olaraq ölkədə yeganə leqal Kommunist Partiyasının təmsilçilərinə məxsusdur [1],[2] 22 may 2011-ci il tarixində keçirilmiş son Parlament seçkiləri zamanı Kommunist Partiyası 458 yerə, müstəqil deputatlar isə qalan 48 mandata sahib olmuşlar.
Milli Assambleya qanunların hazırlanmasında və qəbulunda, dövlət büdcəsinin müzakirəsində və təsdiqində, beynəlxalq müqavilələrin və sazişlərin ratifikasiyasında, habelə mövcud Konstitusiya ilə müəyyən edilmiş digər qanunvericilik funksiyalarının həyata keçirilməsində müstəsna hüquqlara malik olmaqla yanaşı, Prezidenti, Baş naziri, 21 nazirdən ibarət Hökumət üzvlərini, Baş prokuroru və Ali Məhkəmənin sədrini təyin etməkdə də səlahiyyətlidir.
Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir ölkədə icra hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidir. Mövcud Konstitusiyaya görə, Hökumət üzvləri arasından yalnız Baş nazir, qarşısında fərdi məsuliyyət daşıdığı Milli Assambleyanın üzvü olur.
Ölkənin daxili və xarici siyasət kursunun həyata keçirilməsində səlahiyyətli olan Hökumətin fəaliyyətinə Parlamentin Daimi Komitəsi nəzarət edir və Kabinet üzvləri Parlamentdə təsdiq olunur.
Vyetnamın ən yüksək məhkəmə instansiyası sayılan və sədri Milli Assambleya tərəfindən təyin edilən Ali Məhkəmə, habelə yerli xalq məhkəmələri, hərbi və qanunvericilikdə nəzərdə tutulmuş digər birinci instansiya məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirirlər.