Avstraliyanın dövlət quruluşu

Kanberra şəhərində yerləşən Parlament Evi.

Avstraliyanın dövlət quruluşuAvstraliya İttifaqında dövlət hakimiyyəti.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Avstraliya İttifaqı konstitusiyalı monarxiya, dövlət quruluşu formasına görə öz konstitusiyası, hakimiyyət və idarə orqanları olan ştatların federasiyasıdır. Avstraliya İttifaqı dominion hüququnda Millətlər Birliyi tərkibinə daxildir. Qüvvədə olan konstitusiya 1900-cu ildə qəbul edilmişdir. Dövlət və icraedici hakimiyyət başçısı hüquqi cəhətdən Birləşmiş Krallıq kralı (1952-ci ildən kraliça II Yelizaveta) sayılır. Ölkədə kralı, Avstraliya İttifaqı hökumətinin təqdimi ilə təyin olunan general-qubernator təmsil edir. Məşvərətçi orqanı – Federal İcraedici Şuranı general-qubernator təyin edir. Əslində general-qubernatorun səlahiyyətinin nazirlər kabineti həyata keçirir. Ali qanunverici orqan kralın da daxil olduğu ikipalatalı (senat və nümayəndələr palatası) parlamentdir. 21 yaşına çatmış və Avstraliya İttifaqında 6 ay (müvafiq seçki dövrəsində isə 3 aydan az olmayaraq) müddətində yaşayan Avstraliya vətəndaşlarının və Britaniya təbəələrinin seçki (aktiv və passiv) hüququ var. 1925-ci ildən səsvermədə iştirak etmək məcburidir. Şəhər, qraflıq və mahallarda seçkili bələdiyyə şuraları fəaliyyət göstərir. Avstraliya İttifaqının məhkəmə sistemi federal məhkəmələr və ştatların məhkəmələrindən ibarətdir. Ali məhkəmə instansiyası Yuxarı məhkəmədir (üzvlərini general-qubernator ömürlük təyin edir). O, həmçinin Ali apellyasiya məhkəməsi, bəzi işlər üzrə isə birinci instansiya məhkəməsidir. Konstitusiya məhkəməsinin funksiyalarını icra edir.[1]

  1. Австралија Иттифагы. Дөвләт гурулушу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 52.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]