Avstraliya kinosu — Avstraliyanın kinematoqrafiya və film sənayesi. Avstraliya kinosunun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxtdan bəri Avstraliyanın çəkiliş qrupları çoxsaylı filmlər çəkmiş, onlardan bir neçəsi beynəlxalq səviyyədə təriflənmişdir. Bir çox tanınmış aktyor və rejissor karyeralarına Avstraliyada başlamış, onların bir çoxu beynəlxalq reputasiya qazanmış, bəziləri isə ABŞ kimi daha böyük kino mərkəzlərində karyeralarında daha böyük uğur tapmışdır.
Avstraliyada filmlər təsnifatlaşdırılaraq senzuraya məruz qalır.
Avstraliya İttifaqında kinematoqrafiya XX əsrin əvvəllərində yaranmışdır. "İlk xristian şəhidləri" (1900, rejissor Cozef Perri) Avstraliya İttifaqının ilk bədii filmidir. Səsli film 1930-cu ildə çəkilmişdir ("Kölgələr aləmindən", rejissor A. R. Harvud). Avstraliya İttifaqı sənədli kinosunun inkişafına məşhur Niderland rejissoru Yoris İvensin ("İndoneziya çağırır", 1945; Avstraliyada çəkilmişdir) böyük təsiri olmmuşdur. Xarici kino şirkətlərinin ölkənin kinostudiyalarına nəzarət etməsi Avstraliya İttifaqı kinematoqrafiyasının inkişafına təsir göstərmişdir. 1974-cü ildə ölkədə ekranlara, əsasən, kommersiya xarakterli filmlər buraxılmışdır. 1956-cı ildən Melburndabeynəlxalq kino festivalları keçirilir.[1]
↑Австралија Иттифагы. Кино // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 55.
Goldsmith, Ben, Ryan, Mark David, and Lealand, Geoff Eds. "Directory of World Cinema : Australia and New Zealand 2". Bristol: Intellect, 2014. ISBN9781841506340
Murray, Scott, ed. Australian Film: 1978–1994. Melbourne: Oxford University Press, 1995. ISBN978-0-19-553777-2
Pike, Andrew and Ross Cooper. Australian Film: 1900–1977. revised ed. Melbourne: Oxford University Press, 1998. ISBN978-0-19-550784-3
McFarland, Brian, Geoff Mayer and Ina Bertrand, eds. The Oxford Companion to Australian Film. Melbourne: Oxford University Press, 1999. ISBN978-0-19-553797-0
Moran, Albert and Errol Vieth. Historical Dictionary of Australian and New Zealand Cinema. Lanham, Md: Scarecrow Press, 2005. ISBN978-0-8108-5459-8
Reade, Eric. Australian Silent Films: A Pictorial History of Silent Films from 1896 to 1926. Melbourne: Lansdowne Press, 1970.
Verhoeven, Deb, ed. Twin Peeks: Australian and New Zealand Feature Films. Melbourne: Damned Publishing, 1999. ISBN978-1-876310-00-4