Axalsıx səfəri — 1416-cu Qaraqoyunlular ilə Gürcüstan krallığı arasında baş vermiş döyüş.
Axaltsixe səfəri | |||
---|---|---|---|
Tarix | 1416 | ||
Yeri | Gürcüstan Axalsıx Şəhəri | ||
Nəticəsi | Mütləq Qaraqoyunlu qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Qaraqoyunlu Qara Yusif , Ərdəbilə göndərdiyi əsgərlərin 814-cü ildə bir müddət onun əmrlərini dinləməyərək müstəqil hərəkət etməyə başlayan İraq-i Əcəm valisi Bistam bəyi cəzalandırmaq üçün uğursuzluğa düçar olmasından sonra 1411-ci ildə, şəxsən orada gəzib sentyabr ayında Sultaniyyəyə getdi. Onların qabağına gəldi. Bistama və qardaşlarına ona itaət etmək üçün xəbər göndərsə də, buna çox əhəmiyyət vermədilər. Bunun üzərinə Qara Yusif əsgərlərinə şəhəri dağıtmağı əmr etdi. Bu arada Şirvanşah Sultan İbrahim , Şəki valisi Orlat Seyyidi Əhməd və gürcü çarı Konstantin Qara Yusifə qarşı ittifaq yaradıb, birlikdə hərəkətə keçdilər. Bu vəziyyətdən xəbər tutan Qara Yusif oktyabrın 26-da Təbrizə qayıtdı və qüvvələrini oraya topladıqdan sonra noyabrın 17-də Qarabağa gəldi. Buradan Şirvanşah İbrahimin yanına elçilər göndərib sülh təklif etdi. Lakin bu təklif Şirvanşah və müttəfiqləri tərəfindən qəbul olunmadı və bu vəziyyət Qara Yusifin acizliyi kimi yozularaq onların cəsarətinin artmasına səbəb oldu. Bu vəziyyətə son dərəcə qəzəblənən Qara Yusif tərəddüd etmədən Kür çayını keçərək 19 dekabr 1412-ci ildə müttəfiq qoşunlara hücum etdi. Döyüş başladı. Müttəfiqlər döyüşürdü. Sultan İbrahimin atı qaçarkən büdrədi və yıxılarkən qolunu sındırdı. Əmiri tanımayan bəzi türkmənlər onu əsir götürüb Qara Yusifin yanına gətirirlər. Müharibənin sonunda Şeyx İbrahimin qardaşı Behlül, Şirvan qazısı Mövlana Zahirüddin, gürcü şahı Konstantin bir çox əsgərləri ilə birlikdə əsir götürüldü. Bu əsirlər arasında Şirvanşah, qardaşı Behlül və Şirvan qazısı da var idi,mühafizə altına alınaraq həbs edildilər. Lakin gürcü kralı onunla birlikdə olan 300 gürcü Aznavur[1][2]ilə birlikdə öldürüldü. Bu parlaq qələbədən sonra Qara Yusif 1413-cü il fevralın 1-də əsirləri də özü ilə götürərək Təbrizə daxil olur. Qaraqoyunluların gürcülər üzərindəki bu qələbəsindən sonra 1413-cü ildə Konstantinin yerinə oğlu I Aleksandr keçdi[3] və Atabəyler Yurdu hökmdarı Atabəy Yoanne ona tabe oldu.Qaraqoyunluların vassal oldu və vergilər verməyə başladı.[4]
Qara Yusif 1416-ci ildə Gürcü məmləkətinə girdi və Axalsıx şəhərini fəth etdi,o bu səfər sonucu şəhərdə olan oğlanların çoxunu öldürərək qadın və uşaqları əsir aldı.[5] O dövrdə yaşayan bir xristiyan yazarQara Yusifin bu yürüşünün səbəbini onların çoxalan günahlarından qaynaqlandığını bildirir və Qara Yusifin bu səfər ilə çox sayda aldığı əsirlər Bağdada, Misirə və Xorasana göndərilərək müsəlmanlığı qəbul etdirilir. Öldürülənlərin isə hədd-hüdudu yox idi.[6]
Bu yürüş ilə Qara Yusif və Qaraqoyunlular yeni torpaqlar əldə etdi və Qafqazdakı ərazilərini olduqca böyütdülər.[7]