Çəmənli (Ağdam)

ÇəmənliAzərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd.[1]

Çəmənli
40°04′26″ şm. e. 47°02′28″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 216 m
Saat qurşağı
Əhalisi
Əhalisi 5625 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0216
Çəmənli xəritədə
Çəmənli
Çəmənli
Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli.I kitab.Bakı, 2016

Çəmənli hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənlinin əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.[2]

Hatəmxan ağanın nəslindən sonra Hacı Tahirin köç yerinin əhalisi Çəmənlinin sakinlərindəndir.

Yaşayış məntəqəsi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. Etnotoponimdir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar.[3] Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.[4]

Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.[2]

1823-1848 illərdə Çəmənlinin yüzbaşısı Hatəmxan ağanın oğlu Nadirqulu bəy idi. Nadirqulu bəydən sonra kiçik oğlu Kazım bəy Çəmənliyə yüzbaşı təyin edilmişdir.[5]

XX əsrin əvvəllərində Çəmənli kəndinin yüzbaşısı Alı bəy (...-1926) idi.[5]

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Çəmənli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.

Hazırda Çəmənli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir.

Çəmənli kəndində Seyid Lazım Ağa türbəsi

Seyid Lazım Ağa bu kənddə dəfn olunmuşdur. Hazırda burada Seyid Lazım Ağanın məqbərəsi ucalır. Şahmar Əkbərzadə, Mustafa Çəmənli bu kəndin övladlarıdır.

Aslan Əhməd oğlu Aslanov (1895-1976) Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndündə dünyaya gəlmişdir. Çəmənli oymağının sakini Məmmədin (XVIII-XIX) oğlu Hümbətin (1812-1848) nəslindəndir. Aslanov soyadı onun adını daşıdığı babası Aslanın adının şərəfinədir. Babası Aslan Hümbət və Zeynəb xanımın oğludur.[5]

Aslan Aslanov ərəb, fars dillərində oxuya bilmiş, dövrünün savadlı adamlarından sayılmışdır. Dini təhsilini Zəngişalı kəndində almışdır. Onun təhsili aldığı məktəb “Ağalıq bağı” adlı bağın yaxınlığında idi. Cavanşir nəslindən olan Hüseynqulu ağa tərəfindən salınmış bu bağ Şərq ölkələrindən gətirilmiş müxtəlif növ nadir ağaclardan ibarət idi. Aslan Aslanov 1976 ildə vəfat etmişdir.[5]

Kənddə tam orta məktəb fəaliyyət göstərir. Çəmənli kənd orta məktəbinə iyirmi səkkiz il rəhbərlik etmiş, istedadlı kadrların hazırlanmasında böyük əməyi olmuş Bayram Aslanov Aslan Aslanovun oğludur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Ağdam şəhərindən 11–12 km şərqdə yerləşir. Dağətəyi düzənlikdədir. Məhsuldar torpaqlara malikdir. Torpaqlar əsasən artezian quyuları vasitəsilə suvarılır. Cənubda Zəngişalı, şərqdə Üçoğlan, şimalda Sarıcalı (ona Çəmənli Sarıcalısı da deyilir), qərbdə isə Seyidli kəndləri yerləşir. Ağdamın ərazicə ən böyük torpaqlara malik olan kəndlərindən biridir. Əslində Çəmənli kəndi irili-xırdalı obalardan təşkil olunmuşdur. Bu obalar Böyük Qışlaq, Sarısöyünlü, Bala Qışlaq, Zilfilər, Orduqali, Sarı Hacılı, Nurular adlanır. İqlimi mülayimdir. Yayda havanın hərarəti 33-38 dərəcəyədək yüksəlir. Qışda çox az hallarda isə -5 dərəcəyədək şaxta olduğu müşahidə edilir.

Çar hökuməti tərəfindən müxtəlif illərdə Azərbaycanda əhalinin siyahıya alınması aparılmışdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində Çəmənli Hatəm xanın, Çəmənli Hacı Tahirin köç yerləri adlı 1844-cü ilə aid əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədə görə Çəmənli Hatəmxanın köç yeri 68 evdən ibarət olub, 237 nəfər sakini var imiş. Çəmənli Hacı Tahirin köç yeri isə 40 evdən ibarət idi. Köç yerinin 126 sakini olmuşdur.[6]

1848, 1863-cü illərdə yalnız kişilərin siyahısı aparılmışdı. 1848-ci ildə kişilərin sayı təxminən 102 nəfər idi. 1863-cü ildə isə 59 evdən ibarət Çəmənlidə 185 kişi sakini yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 329 kişi, 297 qadından ibarət Çəmənlinin 626 sakini olmuşdur. 1886-cı ildə 682 nəfər sakini olmuş Çəmənli 46 evdən ibarət idi. Həmin ildə Çəmənlidə 412 kişi, 270 qadın sakin yaşamışdır.[6]

1986-cı ilin məlumatına görə Çəmənli kəndinin 2219 nəfər əhalisi olmuşdur.

2009-cu ildə keçirilən siyahıya almaya görə Çəmənli kəndində 5625 nəfər yaşayır ki, bu da Ağdam rayonu əhalisinin 3 faizini təşkil edir.[7]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali bitkiçilik və maldarlıqla məşğul olur. Pambıq, taxıl, üzüm və bostan bitkiləri əkilib-becərilir.

  • Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33 (165)
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 aprel 2013-cü il, № 14 (124)
  • Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4-10 iyul 2012-ci il
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4-10 iyul 2012-ci il
  3. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı-2007. I cild, səh. 135.
  4. Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il. №33 (165)
  5. 1 2 3 4 Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  6. 1 2 Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33 (165)
  7. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]