Əhməd Zəki Vəlidi Toğan

Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890[1][2] və ya 1890[3], Kuzyanovo[d], Ufa quberniyası26 iyul 1970[1][4] və ya 1970[3], İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir.[5][6][7]

Əhməd Zəki Vəlidi Toğan
başq. Әхмәтзәки Әхмәтшаһ улы Вәлидов
tatar. Әхмәтзәки Әхмәтшаһ улы Вәлидов
Şəxsi məlumatlar
Doğum tarixi 10 (22) dekabr 1890[1][2] və ya 1890[3]
Doğum yeri
Vəfat tarixi 26 iyul 1970(1970-07-26)[1][4] və ya 1970[3]
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti tarixçi, universitet müəllimi[d], siyasətçi, hərbi qulluqçu, publisist, türkoloq
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının Rusiya illəri

[redaktə | mənbəni redaktə et]

10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi.

1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı. Bu arada Katanov, Aşmarin kimi ziyalılarla tanışdı. 1909-cu ildə məzun olduğu Qasimiyyə Mədrəsəsinə "Türk tarixi və Ərəb ədəbiyyatı tarixi müəllimi" oldu. 4 il davam edən bu müəllimliyi müddətində 1911-ci ildə yayımladığı Türk və Tatar Tarixi adlı kitabı sayəsində məşhur olmağa başladı. Bu əsərin səs-sədası nəticəsində Kazan Universiteti Arxeoloji və Tarix Cəmiyyətinə üzv seçildi.

Akademik işləri

[redaktə | mənbəni redaktə et]

1913-cü ildə Fərqanəyə, 1914-cü ildə Buxaraya araşdırmalar etmək üçün göndərildi. Fərqanədə Yusif ibn Hacibin XI əsrə aid Kutatqu Bilik adlı əsərinin bir əlyazmasını nüsxəsini tapdı. Bu səyahət nəticələrinə aid hazırlamış olduğu hesabatlar başda Peterburq Arxeoloji Cəmiyyəti olmaqla Kazan və Daşkənd Arxeoloji Cəmiyyətləri məcmuələrində yayınlandı. Bu arada Prof. Katanovun indi İstanbul Universiteti Türkiyyat İnstirunun əsas nüvəsini təşkil edəcək kitablarının Türkiyəyə göndərilməsinə vəsilə oldu.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Daha sonra Rus Millət Məclisi-Dumada Ufa Müsəlmanlarının təmsilçisi olaraq Peterburqa getdi. Elmi çalışmalarına siyasi çalışmaları da əlavə olunmuş oldu. Bu sırada Bolşevik İnqilabı baş verincə o da Türklərin vəziyyətinin düzəlməsi üçün mübarizəyə girişdi.

Bolşevik inqilabından 22 gün sonra 29 noyabr 1917-ci il tarixində Başqırdıstan öz müxtariyyətini elan etdi. Orenburqu 18 fevral 1918 tarixində işğal edən Bolşeviklər, Zəki Validi Toğanı həbs etsələr də, o, 7 iyun tarixində həbsdən qaçmağı bacarır. Başqırd Hökuməti qurulduğu zaman Müdafiə naziri vəzifəsini tutmuşdur. Lenin, StalinTrotski ilə dəfələrcə görüşməsinə baxmayaraq sərfəli razılığa gələ bilmədi. Bundan sonra, Türkistana çəkilik mübarizəyə davam etmək qərarını almışdır.

Basmaçılar Hərəkatı

[redaktə | mənbəni redaktə et]

Sovetlərə qarşı Orta Asiya türklərinin 1917-ci ildə başlayan və fasilələrlə 1931-ci ilə qədər davam edən azadlıq mübarizəsidir. Ruslar Basmaq və Basqın sözlərindən istifadə edərək hərəkat üzvlərinə Basmaçılar deyirdilər. Ancaq Türkistan əhalisi bu hərəkata daha çox Korbaşılər Hərəkatı olaraq qəbul edir. 1917-ci il Sovet inqilabı sırasında Fərqanədə Məhəmməd Əmin Məy, Kokandda Kiçkine İrgeş bəy öndərliyində müstəqillik tərəfdarı Basmaçılar təşkilatlandırıldı. Bolşeviklər 1918-ci ildə Kokandı ələ keçirib, Kokand Milli Hökumətinə son verincə Məhəmməd Əmin bəy də Margilana geri çəkilir.[8]

Zəki Validi Toğan da bu hadisələrdə çox fəal şəkildə iştirak etmişdir. Türkistan Milli Muxtar Hökumətinin məğlub edilməsindən sonra Basmaçı hərəkatının içində olmuşdur. 1920–1923-cü illərdə Türkistanda amansız bir mübarizəyə girişmişsə də, məğlub olmuşdur. Türkistan Milli Birliyinin qurucusu və ilk başqanıdır.

Türkiyəyə gəlişi

[redaktə | mənbəni redaktə et]

Paris, LondonBerlindəki bir çox Orta Asiya tarixçılərinin onunla işləmək istəylərinə baxmayaraq, o dövrün Türkiyə Təhsil Naziri Həmdullah Süphi, Fuad Köprülü, Rza Nur, Yusif Akçuranın istəklərinə görə Türkiyəyə gəldi.

20 may 1925-ci il tarixində gəldiyi Türkiyədə, Maarif Vəkaləti Telif və Tərcümə Nümayəndəliyinə təyin edilir. O zaman ki, Ankaranın kitab cəhətdən yetərsiz olmasına görə öz istəyi ilə İstanbul Darülfünunu Türk Tarixi Müdərris Müavinliyinə təyin edilir. Bundan sonra İstanbul və Anadolu kitabxanalarında öz tədqiqatlarına başlayır, lakin 1932-ci ildə I Türk Tarix Konqresində tibb doktoru Rəşid Qalibin təqdim etdiyi Orta Asiyada iç dəniz olduğu və bunun sonradan quruduğu haqqındakı fikrini tənqid edincə və Türk Tarix Tezisinə görə Türklərin 10 min il əvvəldən Anadoluda və ətraf ərazilərdə sakin olması fikrinə qarşı çıxdığına görə (Toğanın fikrincə Türklər Ön Asiyaya ilk dəfə e.ə VII əsrdən gəlməyə başlamış, yalnız XI əsrdə bu yerlərdə tamamilə məskunlaşa bilmişlər), Toğan əleyhinə bir müxalifət formalaşır. Özünə qarşı bu münasibəti görən Toğan, Türkiyəni tərk edir.

Həyatının Avropa illəri

[redaktə | mənbəni redaktə et]

8 avqust 1932-ci ildə istefa verərək Vyanaya gedir. 1935-ci ildə ildə Vyana Universitetindən fəlsəfə doktoru ünvanını alır, 1935–1937-ci illər arasında Bonn Universitetində, 1938–1939-cu illəri Göttingen Universitetində professor olaraq dərs deyir.

Türkiyəyə dönüş

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə Türkiyənin Təhsil Nazirinin dəvətindən sonra təkrar Türkiyəyə gəldi. İstanbul Universitetində Ümumi Türk Tarixi kursunu qurdu. II Dünya Müharibəsinin sonlarına doğru 1944-cü ildə, Hüseyn Nihal Atsızla bərabər, Türkiyədə Sovetlər əleyhinə fəaliyyət və Turançılıqda ittiham edilir. Bu İrqçilik-Turançılıq Davasının sonunda 10 il həbsə məhkum edilsə də hərbi məhkəmə qərarı pozur və Toğan bəraət alır.

1948-ci ildə yenidən İstanbul Universitetində dərs deməyə başlayır. 1951-ci ildə İstanbulda toplanan XXI Müsteşriklər Konqresinə başqanlıq etdi. Bu onun elm sahəsindəki şöhrətini çox daha artırdı. 1953-cü ildə İstanbul Universitetində İslam Tetkikləri İnstitunu təşkil edir. 1967-ci ildə Toğana Mançester Universiteti tərəfindən şərəf doktorası verilir.

Zəki Vəlidi Toğan 26 avqust 1970-ci ildə İstanbulda vəfat etdi. Oğlu Subidey Toğan, Bilkent Universiteti və Orta Şərq Teknik Universitetində İqtisad Bölümü Başqanlığı etmiş, iqtisad professoru, qızı İsenbilgə Toğan Orta Doğu Teknik Universitetində tarix professoru, nəvəsi Əmrə Toğan Harvard Universitetində akademikdir.

Əhməd Zəki Vəlidi Toğanın büstü, Sankt-Peterburq

.

  • Xatirələr, İstanbul, 1969.
  • Azərbaycan, Bakı, 2007.
  • Türk və tatar tarixi, Kazan, 1912.
  • Tarixdə üsul, İstanbul, 1950.
  • Ümumtürk tarixinə giriş, İstanbul, 1970.
  • Türkün müqəddəratı üzərinə, İstanbul, 1970
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Başqırdıstan Ensiklopediyası (rus.). Башкирская энциклопедия, 2005. 4344 с.
  3. 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
  4. 1 2 Ahmed Zeki Velichi Togan // Brockhauz Ensiklopediyası (alm.).
  5. Türk Lehçeleri Sözlüğü. Doğan, toğan söz varyantları
  6. Antoon De Baets. Censorship and History:1914-1945:Historiography in the Service of Dictatorships. IV. The Oxford History of Historical Writing: 1800-1945.
  7. Daniel E. Schafer. "Togan, Ahmed Zeki Validov" (ing. ). 2019-07-26 tarixində orijinalından arxivləşdirilib.
  8. "Basmachi Movement from Within: Account of Zeki Velidi Togan" (ing. ). 26 iyul 2019 tarixində arxivləşdirilib.
  • Paksoy, Hasan, Özbək və Qazaxların mənşəyi
  • Bakı Dövlət Universiteti, Türk xalqları tarixinin yeni dövrü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]