AKURİ (AXURA) — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı.[1][2]
Böyük Ağrı dağının yamacında yerləşən Axura kəndi 1840-cı ildə zəlzələdən dağılmışdır. (M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M. F. Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir. Qədim Akuri kəndi ilk dəfə "Kitabi-Dədə Qorqud"da Arquri ("Arquri yatan Alataq") kimidir.[3][4] XVII əsrin əvvəllərində kəndin adı "Arquri" yazılmışdır.[5]XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasındakı Akori, həmin quberniyanın Oltin qəzasındakı Akurtis, Telavi qəzasındakı Akuri, Akuris-mta,[6][7] Naxçıvandakı mənbəyini Keçəltəpə dağından alan Axurçay, Qusar rayonundakı Axurçay və s. toponimlərlə mənşəcə eynidir. Gürcüstanın Kaxeti bölgəsində Akuri adlı kənd 1407-ci ildən məlumdur. Qədim türk dillərində argu -"dağlar arası vadi", ya da arqu -"dərələrlə şaxələnmiş[8][9] dağ" sözündəndir.[10]