Ayı adası (Şpitsbergen)

Ayı adası (norv. Bjørnøya) — Barens dənizinin qərbində, Şpitsbergen arxipelaqından cənubda yerləşən ada. Norveçə məxsus olsa da krallıq tərkibində xüsusi statusa sahibdir.

Ayı adası
norv. Bjørnøya
Ümumi məlumatlar
Sahəsi 180 km²
Uzunluğu
  • 20 km
Eni 15,5 km
Hündür nöqtəsi 536 m
Əhalisi 9 nəfər (2012-ci il)
Yerləşməsi
74°25′ şm. e. 19°00′ ş. u.HGYO
Ölkə  Norveç
Akvatoriya
Ayı adası xəritədə
Ayı adası
Ayı adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayı adası 10 iyun 1596-cı ildə holland dənizçiləri Villem Barens və Yakov van Hemskerk tərəfindən kəşf edilmişdir. Ada ətrafı sularda Balina ovunu Şimali Qrenlandiya şirkəti həyata keçirirdi.

Adanı ilk kəşf edənlər ada sahillərində üzən çoxlu ağ ayı müşahidə edirlər. Ayılardan biri hollandların qayığına daxil olmağa cəhd belə göstərmişdir. Buna qədər hollandlar ağ ayı görmıəmişdilər. Adanın adıda bundan götürülmüşdür.

Ayı adası Qərbi Şpisbergen ilə Nordkap burnu arasında yerləşən dəniz yolun üzərindədir. sahəsi 180 km²-dir.

Şimali düzəndir və çoxlu sayda gölə sahibdir. Cənubu isə yüksək bir platodur. Maksimal hündürlüyü 536 metrdir. Tundra iqliminə malikdir və tundra bitkiləri yayılmışdır.

16 fevral 1924-cü ildə Norveçdəki SSRİ səfiri Norveçin Xariçi işlər Nazirtinə göndərdiyi notada Sovetlər birliyinin Ayı adasının Norveçə məxsus olmasını tanıyacağını bildirmişdir[1].

12 noyabr 1944-cü ildə SSRİ xalq xarici işlər komissarı Vyaçeslav Molotov və Norveçin Xariçi İşlər Naziri Tyurqve Li arasındakı görüşdə SSRİ tərəfi 1920-ci ildə imzalanmış Şpitsbergen Traktatına yenidən baxmağı tələb edərək Şpitsbergen üzərində Kondominyumun tətbiqi və Ayı adasının SSRİ ərazisi olaraq təstiqlənməsini istəmişdir. Norveç 9 aprel 1945-ci ildə Şpitsbergen arxipelaqının Norveç və SSRİ tərəfindən birgə müdafiə olunması kompramisinə getmişdir[2]. SSRİ rəhbərliyi bununla bağlı bir şey bildirməmiş və məsələ bundan sonra müzakirə belə edilməmişdir.

2009-cu ildə "Petrozavodsk" gəmisi saya oturmuşdur. Bu zaman yanacaq və kimyavi sızıntı baş vermişdir[3].

Ada iqtisadiyyatının əsasını balıqçılıq təşkil edir.

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]
  • Ayı adası romanı (ing. Bear Island (novel)) — Alister Maklinin romanı, 1971-ci ildə dərc olunmuşdur.
  • Ayı adası filmi (ing. Bear Island (film)) — 1979-cu ildə rejisor Don Şarp tərəfindən çəkilmiş britaniya-kanada istehsalı olan film.
  1. "Ъ-Деньги — Остров преткновения". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  2. "Секция "История XX века"". 2015-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  3. "Petrozavodsk" gəmisinin qəza etdiyi yerdə ölü quşlar aşkar edilmişdir. Ekoloqlar neft sızıntısı olmasını istisna etmirlər Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine (rus.)