Ayı adası — Yeni Torpaq arxipelaqına daxil olan kiçik ada. Ada BArens dənizinin bir hissəsi olan Mityuşex körfəzinin mərkəzinndə yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada üçbucaq formasına malikdir. Maksimal hündürlüyü 8 metrdir. Ətrafında qabarmanın hündürlüyü 1 metrdir. Arktika iqlimi zonasında yerləşməsi səbəbindən kasad bitki örtüyünə malikdir. Adada göl və çay yoxdur. Ayı adasından bir qədər şimal-qərbdə Qaqaçiy adası yerləşir.
Ayı adası | |
---|---|
rus. Остров Медведь | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 8 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
73°38′20″ şm. e. 54°32′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|