Ayın parçalanması

Ayın parçalanması və ya Şəqqül-qəmər (ərəb. انشقاق القمر‎) — İslam peyğəmbəri Məhəmmədə aid edilən möcüzə.

Bu rəvayət bir çox İslam şairinə, xüsusilə hindistanlılara ilham qaynağı olmuşdur. Poetik dildə Məhəmməd bəzən Günəşlə və ya gün işığı ilə bərabər tutulur. XII əsr fars təsəvvüf şairi Sənainin şeirində günəşin ayı ikiyə ayırmasından bəhs edilir. Fars dilində yazıb-yaratmış şair və mistik Cəlaləddin Rumi şeirlərinin birində ifadə edir ki, Məhəmmədin barmağı ilə parçalanmaq aşağı dərəcəli ayın ümid eləyəcəyi ən böyük səadətdir. Başqa bir yerdə də Rumi Məhəmmədin iki möcüzəsinə ayın parçalanması (bu təbiətə elmi yanaşmanın səmərəsizliyini göstərir) və onun oxuyub-yazmağı bilməməsinə işarə edir. İran klassik şairi və mistiki Əbdürrəhman Cami isə ərəb rəqəmləri ilə qarışıq şəkildə oynayır. Cami deyir ki, tam ay 40 rəqəmini ifadə edən dairəvi m ərəb rəqəminə oxşayır. Məhəmməd ayı ikiyə böləndə ay iki aypara şəkilli n ərəb rəqəmi kimi oldu, hansı ki, qiyməti 50-ə bərabərdir. Bu deməkdir ki, möcüzəyə görə ayın qiyməti qalxdı.

Apollo missiyasının çəkdiyi Rima Ariadaeus fotoları Ayın səthindəki uzunluğu 300 kilometr olan yarığı aşkar etdi.[1] 2010-cu ildə bunun Quran hekayəsinin sübutu olduğu soruşulanda Bred Beyli (ing. Brad Bailey) demişdir: "Mənim tövsiyəm budur ki, internetdə oxuduğunuz hər şeyə inanmayın. Oradan yalnız diqqətlə nəzərdən keçirilmiş məqalələr informasiyanın elmi cəhətdən etibarlı mənbələridir. Bugünkü heç bir elmi sübut demir ki, keçmişdə Ay iki (və ya daha çox) hissəyə parçalanıb və sonra hər hansı bir nöqtədə yenidən birləşib."[2]

  1. "Rima Ariadaeus, a Linear Rille". NASA. 16 March 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2016. Experts agree that Rima Ariadaeus, about 300 km (186.4 mi) long, is a fault system similar to those on Earth.
  2. "NASA Lunar Science - Evidence of the moon having been split in two". 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-29.