Ayşə Dittanova (krımtat. Ayşe Dittanova, Айше Диттанова, ukr. Айше Диттанова; 27 fevral 1918, Yalta – 15 noyabr 2015[1], Nyu-York, Nyu-York ştatı) — Krım tatar aktrisası, Krım Tatar Dram Teatrının yenindən qurulmasının təşəbbüskarı, Ukrayna əməkdar artisti (1993).
Ayşə Dittanova | |
---|---|
krımtat. Ayşe Dittanova, Айше Диттанова ukr. Айше Диттанова | |
Doğum tarixi | 27 fevral 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 2015[1] (97 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Ayşə Dittanova Yalta yaxınlığındakı kiçik Derekoy kəndində anadan olmuşdur, hazırda o yer şəhərin rayonlarından biri hesab olunur. 1933-cü ildə Simferopol Teatr Kollecini bitirmişdir[2], sonra Krım Tatar Dram Teatrının truppasında işləməyə başladı. "Baxçasaray fəvvarəsi" tamaşasında aldığı rol onun karyerasının ən vacib rollardan biri sayılır.[3]
Krım tatarlarının deportasiyası zamanı Tacikistana düşdü, 1946-cı ildə burada yenidən peşəkar teatr səhnəsinə qayıtdı. SSRİ-nin siyasətinə görə Dittanova və eləcə də Krım tatar mənşəli digər aktyorlar milli sənətlə məşğul ola bilmirdilər.
Ayşə xanım 1988-ci ildə Krıma qayıtdı, Krım Tatar teatrının bərpası işinə başladı və 1990-1996-cı illərdə burada işlədi, sonra mədəniyyətin inkişafındakı əhəmiyyətli töhfələrinə görə "Ukraynanın əməkdar artisti" fəxri adını aldı.
1996-cı ildən vəfatına qədər Nyu-Yorkda yaşadı,[2] buna baxmayaraq dəfələrlə Krıma səfər etmişdir.[2][4] 2014-cü ildə, BMT-nin Baş Qərargahında keçirilən Krım tatarlarının deportasiyasının 70 illiyinə həsr olunmuş mərasimdə çıxış etdi.[5] 15 noyabr 2015-ci ildə vəfat etdi.