Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məhkumlar — rejissor Mehriban Ələkbərzadənin filmi.
Məhkumlar | |
---|---|
Janr |
dram detektiv müəmma məhəbbət |
Rejissor | Mehriban Ələkbərzadə |
Ssenari müəllifi | Çingiz Abdullayev |
Baş rollarda |
Sevinc Əlişova-Leyla Ramil Zeynalov-Eldar Nurəddin Mehdixanlı-Ənvər Kəmalə Hüseynova-Əzizə Rafiq Əliyev (II)-Müstəntiq Mehriban Xanlarova-Aybikə |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssamlar | Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi |
15 may 2007, Bakı 5 dekabr, 2007, Gəncə |
Filmin digər adı | Məhkumların Cənnəti |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 91,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
Texniki məlumatlar |
10 hissə 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri |
Bakı Bakı, Umbakı qəsəbəsi Bakı, Bilgəh qəsəbəsi |
IMDb | ID1255975 |
Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.
Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil.
Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərd isə çarəsiz, ümidsizdir. Söhbət cüzam xəstəxanasının sakinlərindən gedir. Cüzam irsən keçən xəstəlikdir. Əgər kimsə buna düçar olubsa, onun hansısa bir nəslində bu zühur oluna bilər. "Məhkumlar" filminin qəhrəmanı Leylanın (Sevinc Əlişova) başına gəldiyi kimi. Atası (Sabir Məmmədov) onun xəstəliyinin çarəsini tapa bilmədiyindən bu dərdə dözməyib erkən vəfat etmiş, anası isə (Nəcibə Hüseynova) onu Umbakıda yerləşən xəstəxanaya atmışdır. Hətta ailələrində olan digər iki qızın adını qorumaq üçün hamıya onun ölmüş olduğunu bildirib, özləri isə Leylanı birdəfəlik unutmuşlar. Leyla üçün dünya Moskva Tibb Universitetinin tələbəsi Eldarın (Ramil Zeynalov) bu xəstəxanaya təcrübəyə gəlişi ilə başlayır. Eldar Leylanı sevir. Bütün qohumlarının, yüksək vəzifəli atasının iradəsinin əksinə olmuş olsa belə.(Ədəbiyyat Qəzeti, 18 may 2007). Lakin atalar demişkən: Sən saydığını say, gör fələk nə sayır…