Ayətullah Sistani

Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma.

Əli Hüseyni Sistani
ərəb. علي الحسيني السيستاني
Doğum tarixi (94 yaş)
Doğum yeri Məşhəd, İran
Vətəndaşlığı İraq
Elm sahəsi İslam
Elmi dərəcəsi Ayətullah əl-Uzma
Elmi adı müctəhid
Təhsili Qum, Nəcəf
Elmi rəhbəri Ayətullah Xoyi
Tanınır alim kimi
İmza
sistani.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir.[1][2]

Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri).

İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b. Üsul və Fiqh sahəsindən Ayətullah Höccət və b. isə Hədis və Rical elmindən təhsil alır. 1951/1952-ci illərdə təhsilini artırmaq üçün İraqın Nəcəf şəhərinə köçür. Nəcəfə köçdükdən sonra orada müxtəlif elmi müəssisələrdə o dövrün məşhur alimlərindən: Ayətullah əl-Üzma Seyid Xoyi'dən, Ayətullah əl-Üzma Seyid Həkim'dən, Ayətullah əl-Üzma Şeyx Hüseyn Hilli'dən və b. təhsil alır.

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1961/1962-ci illərdə Şeyx Ənsari'nin "Məqasib"i üzərindən ictihad dərslərinə başlayır və bu mənbə üzərindən illərlə ictihad dərsləri verir. Daha sonralar daha ali səviyyədə ictihad dərslərini şərhi ünvanı ilə Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi'nin "Urvət'ul Vusqa"sı ilə davam etdirir. Bu dönəmdə Təharət, Xums, Namaz və Namazla əlaqəli bir çox mövzularda geniştərkibli dərslər verir. 1965-ci ilin Yanvar ayından ali ictihad dərəcəsində Üsul dərsləri verməyə başlayır. Bu dərslərin üçüncü bölümünü 1991-ci ilin Fevral/Mart aylarında tamamlayır. Bundan sonra onun yetişdirdiyi şagirdlər Üsul və Fiqh sahələrindən dərs verməyə başlayır.

Sistani 30 il ali səviyyədə Fiqh, Üsul və Rical təhsili verir. Şeyx Ənsari'nin "Məqasib"-ini ali səviyyədə tədris etdiyi son dönəmdə Təharət, Qəza, Xüms, Fiqh'in bəzi qaidə və bəhslərini (Faiz, Təqiyyə, ilzam və s. kimi) tədris edir. Bu dərslərinin bəziləri kitab olaraq da nəşr olunur. Bundan başqa 3 dövr tam olaraq Üsul dərsi verir və bu dərslərindəki bəzi bəhsəri kitab olaraq yayınlanır. Sistaninin bəzi şagirdləri də ustadlarının bu dərslərini bəyan edərək yayınlayırlar.

  • Şərhi Urvət’ul Vusqa
  • Əl Buhus’ul Usuliyə
  • Kitab’ul Qəza
  • Kitab’ul Bey’i və’l Hıyarat
  • Fi’l Libas’il Məşquq fihi
  • Fi Qaidət’il Yəd
  • Fi Salat’il Misafir
  • Fi Qaidət’il Təcavüz və’l Firaq
  • Əl Qıblə
  • Ət Təqiyyə
  • Qaidət’ul ilzam
  • İctihat və Təqlit
  • Fəvaid’ul Ğarəviyyə
  • Ər Riba
  • Hücciyətu Mərasili İbn-i Əbi Umeyr
  • Naqdi Risalət’u Təshih’il Əsanid’il Ərdəbili
  • Şərhi Məşiyət’ut Təhzibeyn
  • Qaidət’il Qur’a
  • Tarixi Tədvini’il Hədis fi’l İslam
  • Fəvaid’ul Fiqhiyyə
  • Risalətun fi hukmi ma iza ixtələfəl - muctəhidan əl-mutə-saviyan fil - fətva
  • Müctəhidan’il Mutasaviyan Fi’l Fətva
  • Tovzihul Məsail
  • Minhacus Salihin
  • Əl-Məsailul-Muntəxəbə
  • Əl-Fiqh lil-muğtəribin
  1. Colin Freeman. "Forget Obama and the EU. The man who should really have the Nobel Peace Prize is an obscure Iraqi cleric" (ingilis). blogs.telegraph.co.uk. 2014-03-04. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
  2. "Forget Obama and the EU. The man who should really have the Nobel Peace Prize is an obscure Iraqi cleric" (ingilis). sistani.org. 2014-09-16. 2014-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16. blogs.telegraph.co.uk

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]