Ayaz Nizami oğlu Məmmədov (11 aprel 1986, Marneuli) — Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin Milli Azllıqlar üzrə müşaviri[1]. Gürcüstan azərbaycanlılarının tanınmış ictimai-siyasi xadimlərindən biri.
AYAZ MƏMMƏDOV | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
azərb. Ayaz Nizami oğlu Məmmədov gürc. აიაზ ნიზამი ოღლი მამედოვი ing. Aiaz Nizami ogly Mamedov | ||||||||||
|
||||||||||
Sələfi | Zaur Darğallı | |||||||||
Xələfi | vəzifədədir | |||||||||
Şəxsi məlumatlar | ||||||||||
Doğum tarixi | 11 aprel 1986 (36 yaş) | |||||||||
Doğum yeri | ||||||||||
Vətəndaşlığı | Gürcüstan | |||||||||
Təhsili | ||||||||||
İxtisası | Hüquqşünas | |||||||||
Atası | Nizami Zilli oğlu Məmmədzadə | |||||||||
Anası | Məleykə Mirqasım qızı Mustafayeva | |||||||||
|
||||||||||
Təltifləri | ||||||||||
Dini | İslam |
Ayaz Məmmədov 11 aprel 1986-cı ildə Marneuli şəhərində, tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar jurnalisti Nizami Məmmədzadənin (Məmmədov)[2] ailəsində dünyaya göz açmışdır. uşaqlığı və erkən gəncliyi Marneuli və Kutaisi şəhərlərində keçmişdir. 2004–2008-ci illərdə isə A.Məmmədov Tbilisidə yaşamışdır.
Ayaz Məmmədov 2008-ci ildə ali təhsilini başa vurduqdan sonra Gürcüstan Maliyyə Nazirliyi Gəlir Xidməti Rustavi Regional Mərkəzinin Marneuli şöbəsində vergi zabiti vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
2010-cu ilin avqust ayına qədər Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin zabiti vəzifəsini tutan Ayaz Məmmədov bir müddət biznes fəaliyyəti və QHT sektorunda çalışmışdır. 2011–2012-ci illərdə "Central Office" Ltd. Şirkətində direktor vəzifəsini tutmuşdur.
2010–2012-ci illərdə Gürcüstanda fəaliyyət göstərən "Günəş" Qeyri-Hökumət Təşkilatında "Vətəndaş İnteqrasiyaları məsələləri" üzrə Layihə rəhbəri vəzifəsini icra etmişdir.
2012-ci ilin yanvar ayında Ayaz Məmmədov yenidən Gürcüstan Maliyyə Nazirliyinə işə dəvət edilmiş və Maliyyə Nazirliyi Gəlirlərə Xidmət Departamentinin Rustavi Xidmət Mərkəzinin zabiti vəzifəsinə təyin edilmişdir.
2012–2013-cü illərdə Gürcüstan Maliyyə Nazirliyi Gəlirlərə Xidmət Departamentinin Marneuli Xidmət Mərkəzinin zabiti vəzifəsində çalışmışdır.
Ayaz Məmmədov 2013-cü ilin avqus ayında Gürcüstan Maliyyə Nazirliyi Gəlirlərə Xidmət Departamentinin Marneuli Xidmət Mərkəzinin Baş zabiti vəzifəsinə təyin edilmiş və 2017-ci ilin iyun ayına qədər bu vəzifəni tutmuşdur.
23 iyun 2017-ci ildə Gürcüstan Dövlət Naziri Ketevan Tsikelashvilinin sərancamı ilə Ayaz Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Milli Azllıqlar üzrə Müşaviri vəzifəsinə təyin edilmişdir.
2017-ci ildə bu yana Ayaz Məmmədov Dövlət Nazirinin Müşaviri vəzifəsində çalışarkən, daima Gürcüstanın milli azlıqlar yaşayn bölgələrində, əsasən də Azərbaycanlıların kompakt yaşadığı bölgəlrdə baş verəm problemləri Gürcüstan hökumət rəhbərliyinə çatdırılmasını təmin etmiş, bir çox problemlərin həll edilməsi üçün operativ tədbirlər görmüşdür.
Ayaz Məmmədov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilmişdir.
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |