Aydın Ələkbəroğlu

Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı[1]

Aydın Ələkbəroğlu
Doğum tarixi
Doğum yeri Şuşa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Dini İslam
İxtisası Tərcüməçilik
Təhsili Azərbaycan Dövlət Universitetinin
Fəaliyyət illəri 1966-1995

Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Əslən Qubadlının Eyvazlı kəndindədir. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964-1970). Misirdə (1967) və Yəməndə (1970-1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ədəbi yaradıcılığa 1966-cı ildə «Göyərçin» jurnalında dərc etdirdiyi «Təəccüblənmə, Elxan» adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara «Nübar» (1980), «Dağlar o dağlar deyil» (1984), «Gərək belə olmayaydı» (1988) və b. kitablarını təqdim etmişdir.

Bədii tərcümələri

[redaktə | mənbəni redaktə et]

Yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir. Tərcümələri sırasında dünya ədəbiyyatından nümunələr də var:

  • "Dünya uşaq ədəbiyyatı" seriyasından Qrim qardaşlarının nağılları,
  • Pivovarovun «Üç minus və ya 5a sinfində əhvalat" povesti,
  • Yanuş Korçakın "Kral Birinci Matiuş" əsəri,
  • Saya Kazisin "Taxta başmaqlar" hekayələr toplusu,
  • Stendalın məşhur «Qırmızı və qara" romanı.[2]
  1. "Xəlil Rza Ulutürkün mitinqdə təriflədiyi DTK əməkdaşı... - AYDIN ƏLƏKBƏROĞLU KİM OLUB?". 2024-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
  2. "Azərbaycan xalqı hər zaman ləyaqətli, şərəfli oğulları ilə qürur duyub". 2024-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.