Aydın Məmmədov (iqtisadçı)

Aydın İsrafil oğlu Məmmədov (14 iyul 1941, Dəliməmmədli, Qasım İsmayılov rayonu25 fevral 2003, Bakı) — tanınmış Azərbaycan iqtisadçısı, professor (1986), Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (1991), AMEA-nın müxbir üzvü (2001).[1][2]

Aydın Məmmədov
Aydin İsrafil oğlu Məmmədov
Doğum tarixi 14 iyul 1941(1941-07-14)
Doğum yeri
Vəfat tarixi 25 fevral 2003(2003-02-25) (62 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Elmi rəhbəri Sergey Sergeyev[d]

Aydın Məmmədov 1941-ci ildə Goranboy rayonunun, Dəliməmmədli şəhərində anadan olub. O, ali təhsilini 1960–1965-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Universitetin Kənd təsərrüfatı iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib, kafedrada assistent işləyib.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aydın Məmmədov 1967-ci ildə istehsalatdan ayrılmaqla K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olunub. Nəzərdə tutulan müddətdə (1970-ci il) aspiranturanı bitirən A. Məmmədov "Azərbaycan SSR-də pambığın məhsuldarlığının iqtisadi – statistik təhlili və uzunmüddətli proqnozlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.[1][2]

0, 1985-ci ildə AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri kimi 15 ilə yaxın apardığı tədqiqat işini ümumiləşdirərək "Regional aqrar-sənaye komplekslərində qarqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi" (Azərbaycan SSR-in materialları əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, 1986-cı ildə professor elmi adına layiq görülüb.[1][2]

Aydın Məmmədov 1991-ci ildə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 10 nəfər elmi işçi namizədlik dissertasiyası müdafiə edib. Habelə Aydın Məmmədov 150 çap vərəqi həcmində 100-dək elmi və elmi-metodik əsərlərin müəllifi olub. Alim AFR, Böyük Britaniya, İran, Rumıniya və s. kimi ölkələrdə aqrar iqtisadiyyatın problemlərinə həsr edilmiş müxtəlif müşavirə, simpozium və konfransların iştirakçısı olub.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aydın Məmmədov AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri, fakültə dekanı, Azərbaycan Respublikasının Milli Məclisinin eksperti Aydın İsrafil oğlu Məmmədov aqrar-sənaye kompleksinin iqtisadiyyatı və idarə edilməsinin nəzəri və metodoloji istiqamətində yerinə yetirdiyi geniş əhatəli və dəyərli tədqiqat işləri ilə Azərbaycanda və onun hüdudlarından kənarda da aparıcı iqtisadçı alim kimi tanınmışdı.[1][2]

A. Məmmədov Milli Məclisin Aqrar məsələlər üzrə daimi komissiyasında ekspert-işçi qrupunun rəhbəri olmuşdur. A. Məmmədovun rəhbərlik etdiyi ekspert-işçi qrupu "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və digər qanun layihələrinin ilkin variantlarının hazırlanmasında iştirak etmişdir.[1][2]

Aydın Məmmədov 2003-cü ildə Bakı şəhərində vəfat edib.[1]

  1. 1 2 3 4 5 6 7 8 "Məmmədov Aydın İsrafil oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 "Aydin İsrafil oğlu Məmmədov" (Azərbaycan). www.aii.az. 09.09.2016 tarixində arxivləşdirilib.