Ayda ilk insanlar (ing. The First Men in the Moon) — ingilis yazıçı Herbert Uells tərəfindən yazılmış və 1900-1901-ci illərdə seriya şəklində “The Strand Magazine” jurnalında nəşr edilmiş elmi-fantastika romanı. Tam şəkildə ilk dəfə 1901-ci ildə nəşr edilmiş və yazıçının “fantastik hekayələr”indən biri hesab edilmişdir.
Ayda ilk insanlar | |
---|---|
ing. The First Men in the Moon | |
| |
Müəllif | Herbert Uells |
Janr | roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | Birləşmiş Krallıq |
Orijinalın nəşr ili | 1901[1] |
Nəşriyyat |
George Newnes (Böyük Britaniya) Bowen-Merrill (ABŞ) |
Sonrakı | Dəniz xanımı |
Vikianbarda əlaqəli mediafayllar |
Roman müflis iş adamı olan Cənab Bedford və alim Cənab Keyvorun Aya səfər etməsindən bəhs edir. Onlar insan cəmiyyətinin cansız planet hesab etdiyi Ayın selenitlər adlanan antropomorf varlıqlar tərəfindən məskunlaşdığını üzə çıxarırlar.
Londonlu iş adamı Bedford maddi vəziyyətinin pisləşməsindən sonra kəndə köçərək pyes yazmağa başlayır və bu yolla vəziyyətdən çıxmağı düşünür. Bu məqsədlə o, Kent qraflığındakı Limpn kəndində kiçik ev kirayələyir və sakitlikdə işləməyi planlaşdırır. Lakin, hər gün eyni vaxtda Bedfordun kirayələdiyi evin yanından keçən yaşlı kişi ona mane olmağa başlayır. İki həftə sonra Bedford nəhayət ki, qoca ilə tanış olur və onun Keyvor adlı fizik olduğunu öyrənir. Bedford və Keyvor dostlaşırlar, tezliklə Bedford öyrənir ki, Keyvorun kəşf etməyə çalışdığı yeni material yerin cazibə qüvvəsini sıfıra endirə bilər.
İstehsalın son mərhələsində baş verən uğursuzluq nəticəsində yaradılmış yeni material kosmosa uçur. Bedford işin kommersiya uğuru qazanmaq və sosial inqlab etmək imkanı olduğunu başa düşür. Bedford “keyvorit” adlanan yeni materialda sferik kosmik gəmi hazırlamağı təklif edir. Şüşədən hazırlanan gəminin üzəri keyvoriydən hazırlanmış və jalüz kimi açılıb-bağlanan lövhələrlə örtülür.[2]
Müzakirələrdən sonra Keyvor Bedfordu Aya səfər etməyə razı sala bilir; Keyvor ayda həyat olmadığına əmindir. Aya uçana kimi onlar çəkisizlik hiss edirlər. Ayın səthinə endikdən sonra iki kişi səhra landşaftla üzləşirlər, lakin, günəşin çıxmasından sonra Ay üzərindəki nazik atmosfer əriyir və böyük sürətlə qəribə bitkilər yetişməyə başlayır. Kosmik gəmini tərk edən Bedford və Keyvor tezliklə bitkilər arasında azır. Bundan sonra onlar ayaqlarının altından gələn qəribə zərb səsləri eşidirlər. Bir qədər gəzikdən sonra onlar “ay inəkləri” adlandırdıqları yağlı və ətli nəhəng heyvanlar və onları otaran beş fut hündürlüyündə olan heyvanlarla qarşılaşaraq onları selenitlər adlandırırlar. Qorxuya düşən Bedford və Keyvor bitkilərin altında gizlənərək sürünür və gəmilərini axtarırlar. Bir müddət sonra isə onlar aclıqdan taqətdən düşərək yerli göbələklərlə qidalanmalı olurlar. Bitkinin təsiri ilə onlar keflənirlər. Bundan sonra səyyahları altı selenit əsir alır.[3] Ay sakinləri olan antropomorf həşəratların (səyyahlar Ay ilahəsi Selenanın şərəfinə onları selenitlər adlandırırlar) yüksək texnoloji inkişaf səviyyəsinə malik cəmiyyətdə yaşadıqları, onların məskənlərinin isə ayın dərinliklərində yerləşdiyi məlum olur.
Əsirlikdən xilas olan Bedfor və Keyvor qaçır və ayın üstünə çıxırlar. Bu zaman onlar xeyli seleniti öldürməli olurlar. İşığa çıxdıqdan sonra, onlar müəyyən edirlər ki, qızıl Ayda çox geniş yayılıb; yerdə insanların dəmiri istifadə etdikləri kimi, ayda da selenitlər qızılı hər ehtiyac üçün istifadə edirlər. Keyvor və Bedford öz gəmilərini axtarmağa başlayırlar və bu zaman çoban selenitlərin heyvanları geriyə - yer altına qovmağa başladığını görürlər. Səyyahlar başa düşürlər ki, tezliklər günəş batacaq və Ayın səthi yenidən donacaq. Bedford gəmini tapsa da Keyvoru itirir. Tapdığı kiçik məktubda Keyvor ayağını ağır zədələdiyini və selenitlər tərəfindən xilas edildiyini bildirir. Bedford Yerə tək dönməli olur.[4]
Xoşbəxt təsadüf nəticəsində Berdordu daşıyan kosmik gəmi Böyük Britaniya sahillərində yerləşən Litlstouna enir. Özü ilə gətirdiyi qızıllar sayəsində Bedford zənginləşsə də, səfər etdiyi gəmini itirir. Bundan sonra o, başına gələnləri yazaraq “The Strand” jurnalında çap etdirir. Bundan sonra Bedford öyrənir ki, holland alimi Culius Vendiqqe təcrübələri zamanı Aydan siqnallar almağa başlayır. Onun düzəltdiyi mexanizm cənab Tesla tərəfindən Amerikada yaradılmış qurğunu xatırladır. Keyvor Aydan göndərdiyi məlumatlarda selenitlərin cəmiyyəti haqqında öyrəndiyi bilikləri çatdırır.[5]
Keyvor bildirir ki, selenitlərin cəmiyyətinə Böyük Lunari adlı varlıq başçılıq edir. Hər bir selenit uşaqlıqdan öz peşə kateoqriyasına uyğun təlim keçir və fiziki olaraq peşəsinə uyğun formalaşır. Böyük Lunari Keyvordan insan cəmiyyəti ilə bağlı məlumatlar soruşur. Keyvorun danışıqlarından selenitlər insanların müharibəyə və hakimiyyətə həvəsli varlıqlar olduqlarını və onların Aya çatmaq üçün ehtiyacları olan məlumatlara yalnız Keyvorun sahib olduğunu başa düşürlər. Bundan sonra Keyvordan gələn məlumatların arası kəsilir və Bedford selenitlərin öz təhlükəsizliklərini təmin etmək üçün onun yerlə əlaqəsini kəsdiklərini (və ya öldürdüklərini) düşünür.[6]
Klayv Steyplz Lyuis bildirir ki, onun elmi-fantastik kitabları Herbert Uellsin kitablarının təsiri ilə onlara antiteza kimi yazılmışdır. Rocer Lanselin Qrinə yazdığı məktubda Lyuis qeyd edir ki, “Ayda ilk insanlar bu janrda oxuduğum ən yaxşı əsərdir.”
Uellsin əsərlərinin təsiri xüsusilə Lyuisin “Kosmik trilogiya”sına daxil olan “Sakit planetin xaricində” adlı ilk kitabda hiss olunur. Bu əsərdə də hadisələrin mərkəzində gəliə görə kosmik səfərlə maraqlanan iş adamı və daha geniş kosmik nəzəriyyələr üzərində düşünən alim durur.
Lyuisin əsərində də onlar, balaca İngiltərə kəndinə çəkilərək kosmik gəmi inşa edir və uçurlar. 1950-ci illərin bütün fantastları kimi Ells və Lyuis də, yerin qravitasiya gücü ətrafında kiçik səfər üçün belə lazım olacaq resursları dzgün qiymətləndirməmişdilər. Uellsin kitabında olduğu kimi Lyuis də alimi planetdə məskunlaşmış varlıqların rəhbəri ilə görüşdürərək apogeyasına çatır.
Uellsdən fərqli olaraq Lyuisin əsərində iş adamı düşmən kimi çıxış edir. Uellsin qəhrəmanı olab Cənab Keyvor kolonizasiya nəzəriyyəsinin tərəfdarı olmaqla primitiv aborigenlərin məhv edilməsinə üstünlük versə də, Lyuisin qəhrəmanı olan Professor Ueston tam əks fəlsəfənin daşıyıcısıdır.[7]
Brayan Steyblford qeyd edir ki, “Ayda ilk insanlar” ilk yadplanetli distopiyasıdır.[8] Həmçinin belə hesab edilir ki, əsər, intellektual sosial həşəratlar və qeyri-insani növləri təsvir edən (Artur Bertram Çendlerin kosmik arıları və ya Frenk Herbertin “Helstrom yuvası” əsəri kimi) yeni fentezi altjanrı yaratmışdır. 1964-cü ildə Naycel Nil Yan Ridlə birlikdə romanı ssenariyə uyğunlaşdırır. Ehtimal ki, yazıçının ən məşhur əsəri olan “Kuotermass və quyu” serialındakı Mars yuvaları ideyalarının yaradılmasına onu məhz Uellsin əsəri ilhamlandırmışdır.
“Ayda ilk insanlar”ın nəşr edilməsindən qısa müddət sonra irland yazıçı Robert Kromi Uellsi onun “Kosmosa dalış” (1890) romanının ideyasını oğurlamaqda ittiham edir. Uells kimi Krominin də əsərində anti-cazibə materialından bəhs olunur. 1864-cü ildə isə oxşar süjet xətti Krisostom İstermanın “Aya səfərin tarixi” əsərində istifadə edilmişdir.[9] Bu romanların hamısının oxşar xüsusiyyəti odur ki, Yerin cazibə qüvvəsinin dəf edilməsi üçün vasitənin tapılmasından sonra şar formalı kosmik gəmi inşa edilir. Krominin ittihamına cavab verən Uelss bildirir ki, “Mən heç vaxt nə cənab Kromi, nə də onun plagiata işarə ilə reklam etməyə çalışdığı kitabı haqqında eşitməmişəm.”[10]
Jül Vern açıq şəkildə romanı tənqid etmişdir. Onun narazılığının əsas səbəbi isə, Uellsin qəhrəmanlarını texnologiyanı istifadə etməklə deyil, uydurma kəşflə kosmosa göndərməsi olmuşdur.[11]
“Ayda ilk insanlar” dörd dəfə müstəqil şəkildə ekranlaşdırılmış, bir dəfə isə onun elementləri Vernin əsərlərinin elementləri ilə birləşdirilərək film çəkilmişdir.