Qutenberq layihəsi (ing. Project Gutenberg) — elektron universal kitabxananın yaradılması və təbliği üzrə ictimai təşəbbüs. 1971-ci ildə Maykl Ştern Hart tərəfindən əsası qoyulan layihə, dünya ədəbiyyatının istifadəsi sərbəst olan müxtəlif əsərlərinin rəqəmsallaşdırılması və mətn formatında qorunmasını nəzərdə tutur.
Qutenberq layihəsi ing. Project Gutenberg | |
---|---|
Project Gutenberg | |
URL | Gutenberg.org |
Kommersiya | xeyr |
Tipi | elektron kitabxana |
Qeydiyyat | 12 yanvar 1971 |
Dilləri | İngilis, Portuqal, Alman, Fransız |
Müəllif (lər) | Maykl Hart |
Açılma tarixi | 4 iyul 1971[1][2] |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mətnlərin əksəriyyəti ingilis dilindədir. Digər dillərdən isə daha çox fransız, alman, fin və niderland dilləri təmsil olunublar. Həmçinin, rus, katalan, sanskrit dillərində də mətnlər var.[4]
2014-cü ilin martına ola məlumata görə, Qutenberq layihəsinin kolleksiyasında 45000-dən artıq fayl var.
Bu layihədəki bir çox mətnlər LibriVox layihəsi tərəfindən audiokitabların yaradılması üçün istifadə edilir.