Aydabolları

Aydabolları və ya Aydabolovlar — balkar əsilzadə soyu.

Aydabolları (Qaraç-balk:Айдаболлары)
Titul dağ bəyi
Əcdadı Basiat
Mənşəyi balkarlar
Torpaqları Çerek dərəsinin bir hissəsi

Haqqında[redaktə | mənbəni redaktə et]

Aydabolları bəzi balkar soyları kimi əfsanəvi Basiatın nəslindən gəlirlər. Basiat Aydabollarından başqa həm də Abayevlər, Əmirxanovlar, Bəyovlar, Botaşevlər, Canxotovlar, Kuçukovlar, və Şahanovlar nəsillərinin də əcdadı sayılır. Rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur.[1][2][3]

Çerek dərəsinin bir hissəsi, Kospartı, Temirxanovsk və Kaşxatau kəndləri bu nəslin mülkü sayılırdı.[4]

Tanınmış nümayəndələri[redaktə | mənbəni redaktə et]

  • Aznor Aydabolov - Balkar icmasının ağsaqqalı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Steder. Tagebuch einer Reise, die in Jahre 1781 von den Gransfestung Mosdok nach inner Kaukasus unternommen worden. Leypsiq. 1797. səh. 125-126.
  2. V.Batçayev. Балкария в XV – начале XIX вв. \ Balkariya XV-XIX əsrin əvvəllərində. Nalçik: Институт археологии Кавказа. 2006. səh. 127. ISBN 9785722801432.
  3. V.Miller, M.Kovalevski. В горских обществах Кабарды / Kabardanın dağlıq cəmiyyətlərində. 1884. Вестник Европы.
  4. V.Miller. Tersk dairəsi. Arxeoloji ekskursiyalar / Терская область. Археологические экскурсии. Nalçik. 2006. səh. 94.