Aynur Camal qızı Quliyeva (7 fevral 1975, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri.
Aynur Camalqızı | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 95 saylı Tərtər |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Sahib Alıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 fevral 1975 (49 yaş) |
Doğum yeri | |
Partiya |
|
|
|
Təltifləri |
|
1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsini bitirib.
1996–2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri işləyib.
2001–2005-ci illərdə "Yeni Müsavat" qəzetinin müxbiri işləyib[1].
2005-ci il noyabrın 6-da 95 saylı Tərtər seçki dairəsindən deputat seçilmişdir[2]. Aynur Camalqızı Müsavat üzvü kimi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilmiş bu digər müsavatçı deputatlar tərəfindən etirazla qaşılanmışdır. Nəticədə Aynur Camalqızı partiyadan uzaqlaşdırıldı.[3] Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədridir. Rus dilini bilir.
Aynur Camalqızı 2014-cü ildə Ali Media Mükafatının 2-ci dərəcəsi ilə təltif edilmişdir[4].