Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI və VII çağırış deputatı (2010-cu ildən), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2008).
Sahib Alıyev | |
---|---|
Vəzifədədir | |
29 noyabr 2010-cu ildən | |
Seçki dairəsi | IV, V və VI çağırış — 95 saylı Tərtər VII çağırış — 93 saylı Ağdaş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 avqust 1964 (60 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahib Eyvaz oğlu Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir.
"Lider" televiziyasının siyasi icmalçısı olub.
Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir.[1]
2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış, V çağırış və VI çağırış deputatı, 2024-cü ildə isə 93 saylı Ağdaş seçki dairəsindən VII çağırış deputatı seçilib.
Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.[2]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]