Aypara caz folklor ansamblı

Aypara — azərbaycanlı bəstəkar Vaqif Gərayzadənin yaratdığı qrup.

Aypara caz folklor ansamblı

Qrup ''Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblı" adı ilə 1984-cü ildən fəalliyyətə başlamış, 1988-ci ildən isə ''Aypara'' adlanmışdır. Qrupun yaradılmasında məqsəd 80-cı illərin əvvəlində bizim incəsənətimizə, xüsusilə Azərbaycan milli cazına gətirilən yeniliyi inkişaf etdirərək təkmilləşdirmək idi. Yarandığı ildən etibarən bütün respublika müsabiqələrində birinci yeri tutub. İlk vaxtlar Alim Qasımov (1987), Aygün Kazımova ("Bakı Payızı 1988" müsabiqəsi [1]), Zülfiyyə Xanbabayeva ("Bakı Payızı 1988" müsabiqəsi) kimi ifaçıları qrup müşayiət etmişdir. Qrup 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tiflis,İrəvan, Vitebsk, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir.

1991-ci ildə ''Azərbaycanın səsi'' beynəlxalq müsabiqəsində laureatı, Vaqif Gərayzadə isə ''Qitənin ən yaxşı aranjimançısı'' adına layiq görülmüşdür.

1991–1992-ci illərdə Sevda Ələkbərzadə qrupla birgə fəaliyyət göstərmişdir. 1994-cü ildə Zülfiyyə Xanbabayeva qrupda ifaçı kimi çalışıb. Həm Aygün Kazımova, həm də Zülfiyyə Xanbabayeva karyeraları boyunca daim bu qrupla birgə konsert və ya digər tədbirlərdə birlikdə çıxış etmişlər. 1999-cu lldə Vaqif Gərayzadə ''W-trio'', 2002-ci ildə isə ''Şeron'' qruplarını yaratmış və 2006-cı ilə qədər bu qruplar fəaliyyət göstərmiş, qrupların musiqiçi tərkibi ''Aypara'' qrupunun üzvləri idi. Ardından Samir Piriyev, Ramal İsrafilov və Kazım Can qrupun üzvlərinə çevrilmişdir. Sonuncu tərkib isə əvvəlkilər qədər uğur qazanmadı.

1993-cü ildə Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), İlqar Quliyev (vocal), Vilayət Qəhrəmanzadə (solo guitar) Vaqif Gərayzadənin təklifi ilə "Rast" pop-qrupunu yaratmışlar.

1997-ci ildə qrupun ilk albomu işıq üzü görmüşdür: "Aypara" Folk Jazz Band — "Oriental" albomu 1997 (səsyazma — fevral, aprel)

  1. Azərbaycan dastanı (05:22) bəstəkar Vaqif Gərayzadə
  2. Oriental Jazz (Dialogue) (09:39) bəstəkar Vaqif Gərayzadə
  3. Köhnə Məhəlləmiz (06:39) bəstəkar Vaqif Gərayzadə
  4. Şirvan Naxışları (07:36) bəstəkar Vaqif Gərayzadə
  5. Humayun sayağı (04:24) bəstəkar Vaqif Gərayzadə (solo saksofon Eldar Zeynalov)
  6. Novruzu (06:29) bəstəkar Vaqif Gərayzadə
  7. Mənzərə (03:50) bəstəkar Aytən İsmixanova
  8. Cahargah-fantaziya (05:35) bəstəkar Vaqif Gərayzadə
Albomdakı musiqilərin hazırlanmasında iştirak etmiş musiqiçilər
1 Pianoçu Aytən İsmixanova
2 Pianoçu Azər Allahverdiyev
3 Solo guitar Rafik Bunyatov
4 Zərb alətləri Vaqif Əliyev
5 Saksofon Eldar Zeynalov
6 Saksofon Rain Sultanov
7 Soprano Hakim Abdullayev
8 Zərb Fuad Mehdiyev
9 Nağara Şirzad Həsənov