Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rain Sultanov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). [1]
RAİN SULTANOV | |
---|---|
Rain Ələddin oğlu Sultanov | |
Doğum tarixi | 29 aprel 1965[1] (59 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | cazmen, saksofonçu[d], bəstəkar |
Fəaliyyət illəri | 1995-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Rain Sultanov 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyümüş Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub. Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb.
İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb və təxminən dörd il musiqi alayının hərbi orkestrində ifa edib.
1985-ci ildə Asəf Zəynallı adına orta ixtisas musiqi məktəbində təhsil alarkən Respublika müsabiqəsində qalib gəlib. Bitkin klassik təhsil görmüş Rain Çaykovski, Veber, Motsart və b. bəstəkarların əsərlərini sənətkarlıqla ifa edirdi. Həmin vaxtlardan etibarən o, ciddi caz kompozisiyalarını ifa ətməyə başlamışdı. Elə həmin il Polad Bülbüloğlunun yaratdığı "Aşıqlar" pop-qrupuna dəvət edilir. Polad Bülbüloğlunun gözəl mahnılarını improvizə ətməklə yanaşı qrupun musiqiçiləri, təbii ki, öz aralarında sırf cazla məşğul olurdular. Rainin gətirdiyi Michael Brecker'ə məxsus əsərləri böyük həvəslə məşq edirdilər.
Bəzən xarici ölkə qastrollarında ara-bir caz kompozisiyaları ifa olunurdu. 1988-ci ildə şəxsən Rəşid Behbudovun dəvəti ilə Rain dövlət mahnı teatrında işləməyə başlayır. Çox keçmir ki, o yüksək texniki səviyyəyə çatdığını nümayiş etdirir və onun məharətli ifasında Charlie Parker'in "Donna Lee", Michael Brecker'in bir neçə kompozisiyası səslənir. Elə həmin il, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.
1989-cu ildə dahi müğənnimiz Rəşid Bəhbudovun vəfatından sonra Rain "QAYA" dövlət caz orkestrinə dəvət alır. O illər, orkestrin musiqi rəhbəri Tofiq Şabanovun dəvəti ilə solist kimi işləyir və özünü nəinki gözəl improvizəsi, eyni zamanda istedadlı aranjimançı kimi də təqdim edir.
1992-ci ildə Faiq Sücəddinovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Teleradio verlişləri şirkətinin estrada-simfonikorkestrine dəvət olunur. Burada da çox məhsuldar işləyərək qısa müddətdə bir neçə caz konsert proqramı hazırlayır və solo konsertlərlə çıxış edir.
1995-ci ildə özünün "Jokers Dance" və "Day off" adlı ilk kompozisiyalarını bəstələyir. Bir müddətdən sonra əcnəbilərin diqqətini cəlb edərək, çox maraqlı təkliflər alır.
1996–97-ci illərdə Almaniyada keçirilən caz festivallarının iştirakçısıdır. 1996-cı il Rain üçün çox uğurlu oldu.
1997-ci il 14–15 iyunun tarixlərində "Syndicate" qrupu "Last moment" adlı ilk solo konsertini verir və orijinal kompozisiyaları ilə diqqəti cəlb ədən "Syndicate" qısa müddətdə pərəstişkarların dərin məhəbbətini qazanır.
1997–98-ci illərdə Rain eyni zamanda Bakının və Almaniyanın bir çox caz klublarında John Coltrane, Miles Davis və s. standarts kompozisiyalarını ifa edir.
Rain deyir : John Coltrane və Miles Davis kimi dahi ifaçılar dünya cazı tarixində əvəzolunmaz iz buraxıblar. Onlar bir çox caz istiqamətlərinin təməlini qoyublar.
1998-ci ildə Novosibirsk şəhərində keçirilmiş ümumdünya caz festivalına dəvət olunan "Syndicate" orda da öz sözünü deyir. Kurtis Fuller (trombon), Adam Rogers (qitara), Donny Mckazlin (saksofon) kimi dünya şöhrətli cazmenlərlə birgə "Jam-Session"-də iştirak edir. Bundan sonra festivalın təşkilatçıları tərəfindən "Syndicate" – a kompakt-disk yazılmaq təklif edilir.
Artıq peşəkar səhnədə öz sözünü demiş "Syndicate" qrupu 1998-ci ilin 12 dekabrında "Last Moment" adlı ilk albomunu buraxır. Bunun ardınca Rain özünü başqa bir tərəfdən, yəni üslubla bəstəkarlıq bacarığını və çalğı məharətini göstərmək qərarına gəlir. O, Azərbaycan xalq musiqisinin əsasında qurulmuş "Muğam-məqam" adlı yeni albomunu yazır.
2006-cı ildən Almaniyanın ''JAZZAHEAD'' Ümumdünya Caz Sərgisində Azərbaycan pavilyonunu təşkil edir.
Azərbaycanda cazın inkişafinda və qorunması məqsədilə iki kitab yazib.
Son illərdə İsfar Sarabski ilə birgə Avropanın müxtəlif ölkələrində konsert verərək, Azərbaycan cazını tanıdıb.
Onun ən maraqlı layihələrindən biri də əməkdar artist pianoçu Şahin Növrəsli, dünya şöhrətli sənətkar Xalq Artisti Alim Qasımov və digər musiqiçilərlə birlikdə hazırlanan ''Voice of Karabagh''dır.
Rain Sultanovun həyat yoldaşı Leyla Əfəndiyeva ''JAZZD'' jurnalının baş redaktorudur. Cütlüyün iki övladı var.
"Syndicate" qrupu 1998-ci ilin 12 dekabrında "Last Moment" adlı ilk albomunu buraxır.
Rain Sultanovun ilk albomu 2000-ci ildə işıq üzü görüb.
Rain Sultanovun ikinci albomu 2003-cü ildə işıq üzü görüb.
2008-ci il 12 dekabr tarixində üzərində iki il işlədiyi "Tale of My Land" ("Torpağımın nağılı") adlı albomu tamamlandı.
Bu layihə albom-kitabı da adlandırılır, çünki fotoşəkillər 40 səhifədən ibarətdir.
Albom 2 diskdən ibarətdir və 3 saat davam edir. Birinci disk musiqi, ikinci disk isə Azərbaycan və Türkiyə rejissorları tərəfindən çəkilmiş 17 dəqiqəlik bir film var.
Albomun ilk hissəsində Rain Sultanovla reportaj var, lakin ikinci hissədə cazmenin musiqisi diskdə yer alan fotoların fonunda səslənir. Bunlar uşaqların, qocaların və xüsusilə qaçqınların şəkilləridir.
Üçüncü hissə, əsas leytmotivi müharibə və müharibənin gətirdiyi faciələr olan mini-klipdir.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2]