Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[2][3][…], Dublin[2] – 8 fevral 1999[3][4][…], Oksford, Birləşmiş Krallıq[5]) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib.[6] Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şeir toplusu kitablarının müəllifidir.
Cin Ayris Mördok | |
---|---|
Jean Iris Murdoch | |
Doğum tarixi | |
Doğum yeri | Dublin, İrlandiya |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Oksford, Böyük Britaniya |
Vəfat səbəbi | Altsheymer xəstəliyi[1] |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Fəaliyyəti | Yazıçı, filosof |
Fəaliyyət illəri | 1953-97 |
Əsərlərinin dili | İngilis |
Üzvlüyü | |
Mükafatları |
Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur. 1938-ci ildə Ayris Kommunist Partiyasının sıralarına daxil olur. 1956-cı ildə o Con Beyli adlı yazıçı və ədəbiyyat tənqidçisi ilə ailə qurur.[7] Həyat yoldaşı ilə, ölənə kimi heç ayrılmayıb, 40 il birlikdə yaşadılar. Onların uşaqları olmadı.
1954-cü ildə Ayris Mördokun "Tor altında" (Under the Net) adlı ilk romanı işıq üzü gördü. 1987-ci ildə o Britaniya Imperiyasının Ordeninin (Order of the British Empire) Xanım-komandoru olur. 1995-ci ildə Mördok öz son əsərini "Ceksonun dileması" (Jackson's Dilemma) adlı romanını yazır. Lakin tənqidçilər əsəri soyuq qarşılayır.
Həyatının son illərini yazıçı Alsheymer xəstəliyi ilə mübarizədə keçirir.[8] Ayris Mördok 8 fevral 1999-cu il tarixində qocalar evində vəfat etdi.[9]
Ayris Mördok çoxları tərəfindən XX əsrin ən yaxşı roman yazarlarından biri və müasir ədəbiyyatın tanınmış klassiki kimi tanınır.
2001-ci ildə yazıçının həyatını haqqında "Ayris" adlı film (rejissor Riçard Ayr) çəkilib. Ayrisin rolunda Keyt Uinslet və Cudi Denç çəkiliblər. Hər iki aktrisa bu rola görə Oskar mükafatına namizəd olmuşdurlar.
Ayris Myordokun kağız arxivi Ayova ştatının Universitetinə verilib.