Aysəsi monastırı

Aysəsi məbədiDərələyəz mahalının Keşişkənd (06 mart 1957-ci ildən — Yeğeqnadzor) rayonunun Aysəsi (19 aprel 1991-ci ildən — Arates) kəndində alban-türk məbədi.[2]

Aysəsi monastırı
39°54′17″ şm. e. 45°26′22″ ş. u.
Ölkə
Yerləşir Qızılgül kəndi
Tikilmə tarixi XIII əsr
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Hündür bir təpənin üstündə VII–VIII əsrlərdə inşa edilmiş məbəd 1270-ci ildə bərpa olunmuş, Amağu məbədinin tabeliyinə keçmiş və Siyuni mitropolitlərinin yay iqamətgahına çevrilmişdir.

1955–1960-cı illər arasında bir neçə erməni tarixçisi və arxeoloqunun müşayiəti ilə Fransadan gəlmiş nümayəndə heyəti abidədə tədqiqat işləri aparmış, sonra abidəni bərpa etmək adı ilə onun üzərinə döymə üsulu ilə xaç şəkilləri həkk edilmiş, binanın ilk günəş şüası tutan hissəsindəki gümbəz dağıdılıb yerə tökülmüşdür.

1988-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşamışlar. Həmin il azərbaycanlıların soyqırımından sonra kəndə ermənilər yiyələnmişlər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр. 138–139;
  • Сборник сведений о Кавказе (Списки населенных мест Кавказского края по сведениям 1873 года), Эриванская губерния, 5 т., Тифлис, 1879, № 767;
  • Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu -"Ermənistan", В., 1994, səh.133–137;
  • K. Dərələyəzli, Dərələyəz od içində, В., 2001, səh.113–114;
  • Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 2004, səh. 135–139.

İstinadlar[redaktə | mənbəni redaktə et]