Qızılgül kəndi (Aysəsi, indi Areta) — Dərələyəz mahalında kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qızılgül kəndi | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Dərələyəz mahalı |
İndiki adı | Areta |
Adının dəyişdirilmə tarixi | 1991 |
Əhalisi | 288 (1931) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır[1]. Kəndin adı IX əsrdən xatırlanır[2].
Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də durur[5]. Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində «bataqlıq», «iymiş», «qoxumuş», «nəm», «rütubətli» mənasında işlənən sas//sası sözü əsasında[6] əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızılgül, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Areta qoyulmuşdur.
Ayısəsi qalası - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda Aysəsi kəndində qala. VII əsrdə tikilmişdir. Adı yazılı mənbələrdə IX əsrdən çəkilir[7]. Adı dəyişdirilib Arates qoyulmuşdur.
Ayısəsi çayı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Uzunluğu 12 km-dir. Arpa çayına tökülür.
Qızılgül kəndində 1918-ci ildə 412 nəfərlik bu kənd Japonun və Doluxanovun komandası altında yerlə-yeksan olmuşdur. Əhali məhv edilmişdir.