Aysor Sosialist Partiyası (süry. Gaba Shawtapaya Atouraya) və ya Zaqafqaziya Aysor Sosialist Partiyası[1] — əsasən assuriyalılardan ibarət siyasi partiya.[1]
Aysor Sosialist Partiyası | |
---|---|
Quruluş tarixi | 1917 |
Baş qərargah | |
Saytı | asp2.no.sapo.pt/index2.h… |
1917-ci ilin fevralında Rusiyada Fevral inqilabının başlanmasından sonra Firidun Aturaya, Rabi Bencamin Bet Arsanis və Baba Bet Fərhad[2][3] tərəfindən Urmiya şəhərində təsis edilmişdir. Həmin ilin aprelində Urmiya, Mosul, Tur-Abdin, Nisibin və Cəzirə ərazilərində özünüidarənin təşkilinə çağıran Aturaya tərəfindən "Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi" nəşr olunmuşdur.[4]
2002-ci ildə "İraqın şimalında bir sıra fəhlələrin birləşməsi" nəticəsində yenidən fəaliyyətə başlamış, partiyanın saytında onun siyasi istiqaməti və əsas niyyətinin dəqiq tərifi yer almışdır: "ASP sosialist partiyasıdır və demokratik oriyentasiyası vardır, məqsədi tamamilə aysorların üçün nəzərdə tutulmuş müstəqil Aysor Xalq Respublikası yaratmaqdır".[5]