Aysu Gülməmmədli

Aysu Anadolu-qızı GülməmmədliUkrayna ictimai-siyasi xadimi, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin Sədri[1]

Aysu Gülməmmədli
Aysu Anadolu-qızı Gülməmmədli
Doğum tarixi (37 yaş)
Doğum yeri Kiyev şəhəri, , Flag of the Ukrainian Soviet Socialist Republic.svg Ukrayna SSR
Vətəndaşlığı
Fəaliyyəti Lesser Coat of Arms of Ukraine.svg Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin Sədri

Həyatı[redaktə | mənbəni redaktə et]

Aysu Gülməmmədli 17 noyabr 1985-cu ildə Ukrayna SSR-in Kiyev şəhərində ziyalı ailəsində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 2010-ci ildə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbiin (ASM) "İnformasiyanın idarə olumnası" kursunu bitirib.

Aysu Gülməmmədli ukrayın, rus, və türk dillərində sərbəst danışır.

Ictimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aysu Gülməmmədli ictimai-siyasi fəaliyyətə gənc yaşlarından başlayıb. 2003-cü ildə Viktor Yuşşenkonun islahatçı hərakatını dəstəkləyib. Ukraynada baş verən 2004-cü il Narıncı İnqilabın fəal iştirakçısı olub. 2004-cü il prezident seçkiləri zamanı Viktor Yuşşenkonun Bizim Ukrayna Xalq ittifaqına üzvü kimi ictimai-siyasi proseslərdə yaxından iştirak edib.

25 sentyabr 2011-ci ildə Aysu Gülməmmədlinin təşəbbüsü ilə Krımda, Baxçasaray şəhərində Ukrayna Qarapapaq türklərinin ilk görüşü keçirildi və qərara alındı ki Ukraynada yaşayan Qarpapaq türklərinin vahid ictimai təşkilatı təsis edilsin.

12 dekabr 2011-ci ildə Aysu Gülməmmədlinin təşəbbüsü ilə Kiyev vilayətinin İrpen keçirilən Ukrayna Qarapapaq türklərinin ikinci görüşündə, 18 dekabr 2011-ci il tarixdə Kiyevdə Ukrayna Qarapapaq türklərinin Konfransını çağırmaq barədə qərar qəbul edildi.

18 dekabr 2011-ci ildə, Aysu Gülməmmədlinin təşəbbüsü və Gürcüstan Türkləri Konfederasiyasının təşkilatçılığı ilə Ukrayna Qarapapaq türklərinin Konfransı keçirildi. Konfransda Ukrayna Qarpapaq Türkləri Milli Şurası Təşkilat Komitəsi təsis olundu.

19 dekabr 2011-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Təşkilat Komitəsinin birinci iclasında Aysu Gülməmmədli Təşkilat Komitəsinin sədri seçildi.

19 dekabr 2011-ci ildən 17 iyul 2012-ci ilə qədər Ukrayna Qarapapaq Türkləri Milli Şurası Təşkilat Komitəsinin sədri vəzifəsini icra edən Aysu Gülməmmədli Ukrayna Qarapapaq türklərinin təşkilatlanması prosesinə birbaşa rəhbərlik etmişdir.

17 iyul 2012-ci ildə Kiyevdə çağrılan Ukrayna Qarpapaq Türklərinin 1-ci Məclisində Aysu Gülməmmədli yeni təsis edilən Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin tərkibinə daxil edildi.

18 iyun 2012-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin birinci iclasında Aysu Gülməmmədli Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin Sədri seçildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ukrayna Qarapapaq Türkləri Milli Şurası yaradıldı - www.publika.az". 2013-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.