GÜRCÜSTAN TÜRKLƏRİ KONFEDERASİYASI (GTK) | |
---|---|
| |
Hüquqi-təşkilat forması | Konfederativ İctimai Birlik |
Prezidenti | Namiq Əhmədov (II) |
1-ci Vitse-prezidenti | Sərdar Əliyev |
Vitse-prezidenti | Vəkil Sədiyev |
Ali Şura Sədri | Şahin Həsənov (II) |
Ali Şura Sədrinin 1-ci müavini | Şura Ayvazov |
Baş katibi | Məhərrəm Ayvazov |
MNK Sədri | Muraz Gülməmmədov |
Quruluş Tarixi | 26 oktyabr 2011 |
Rəsmi Təsis Tarixi | 2 noyabr 2011 |
Qurucusu | Daşqın Gülməmmədov |
Ideologiyası | Demokratiya |
Ali Organı | Qurultay |
Ali Qərarverici Orqanı | Ali Şura |
Mərkəzi İcraedici Orqanı | Katiblik |
Mərkəzi Nəzarətedici Orqanı | Mərəkəzi Nəzarət Komitəsi |
Mərkəzi Mənzil Qərargahı | Marneuli (Sarvan) |
İnternet Saytı |
Gürcüstan Türkləri Konfederasiyası — Gürcüstanda yaşayan Qarapapaq, Azərbaycan və Axısqa türklərinin konfederativ ictimai təşkilatı. Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, QHT-in könüllü assosiativ birliyi.
28 oktyabr 2011-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının prezidenti Daşqın Gülməmmədovun təşəbbüsü ilə Bakıda, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən 7 ictimai-siyasi təşkilat, ictimai birlik Gürcüstan Türkləri Konfederasiyasının yaradılması barədə Təsis Bəyannaməsi imzaladılar. Təsis Bəyannaməsinə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının prezideti Daşqın Gülməmmədov, Böyük Birlik Təşkilatının Sədr müavini Süleyman Əliyev, Gürcüstan Türk Qadınlar Komitəsinin Sədri, Borçalı Gənc Türklər İttifaqının Başqanı Tamir Süleymanov, Bakı Ahıska Türkləri Mərkəzinin Başqanı , GAMA Gənclər İttifaqının sədri Şahin Bayramov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasının sədri Niyazi Hüseynov imza ataraq Gürcüstan türklərinin vahid milli təşkilatının yardılması qərarını verdilər. Bu Gürcüstan türklərinin tarixində çox önəmli bir hadisə idi.
2 noyabr 2011-ci ildə Azərbaycanın Gəncə şəhərində Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayı çağırıldı. Qurultayda Təsis Bəyannaməsinə qoşulmuş 7 ictimai-siyasi təşkilatı təmsil edən 72 nümayəndə iştirak edirdi. Qurultay yekdilliklə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının təşkilati məsələr üzrə katibi Süleyman Əliyevi sədr seçdi. Qurultayın katibi isə ümumi səsvermə zamanı Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi Əyyub Əyyubov seçildi.
Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayında, Gürcüstan türklərinin konfederativ təşkilatının yaradılması ideyasını irəli sürən Daşqın Gülməmmədov iştirak etməsə də, onun ideyası həyata keçdi. Qurultay nümayəndələri yekdilliklə Gürcüstan Türkləri Konfederasiyasının yaradılmasına səs verdilər.
Qurultayda Konfederasiyanın Nizamnaməsi qəbul edildi və ali qərarverici orqan - Konfederasiya Ali Şurası seçildi. Ali Şuranın tərkibi aşağıdakı şəxslərdən formalaşdırıldı:
Qurultayda Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının lideri, həmin zaman ev dustağı olan Daşqın Gülməmmədov Gürcüstan Türkləri Konfederasiyasının prezideti, Əsəd Əliyev isə vitse prezidenti seçildilər. Daşqın Gülməmmədov Qurultayda iştirak etməsə də onun Konfederasiya prezidenti seçilməsi bütün Qurultay nümayəndələri tərəfindən yekdilliklə dəstəkləndi.
Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti 2 noyabr 2011-ci ildə Qurultayda qəbul edilmiş Nizamnaməyə əasasən Konfederasiyaya ümumi rəhbərliyi həyata keçirir və Konfederasiyaının cari fəaliyyəti ilə bağlı ali sərancanverici hüquqlara malikdir. Gürcüstan Türkləri Konfederasiyasının Prezideti vəzifəsini 2 noyabr 2011-ci ildə Qurultayda seçilmiş Daşqın Gülməmmədov həyata keçirir.