Ayya burnu

Ayya (ukr. Айя, yun. Άγια, krımtat. Ayya, Айя) — Ukraynada, Krımın cənub sahilində, Balaklavanın cənub-şərqində, 13 kilometr uzunluğunda sahil burunu. Ərazi Sevastopolun Balaklavski rayonunun bir hissəsidir. Ayya burnu Krımın cənub sahillərini qərbdən məhdudlaşdırır. Burunun adı yunanca "aios" (άγιος – müqəddəs) sözündəndir. Ehtimal olunur ki, yunanlar bu yerləri müqəddəs hesab etmiş və öz əcdadlarını burada dəfn etmişlər.

Ayya burnu
Yerləşməsi
44°25′36″ şm. e. 33°39′12″ ş. u.
Ölkə
Ayya burnu xəritədə
Ayya burnu
Ayya burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədəbiyyatda və incəsənətdə[redaktə | mənbəni redaktə et]

Bəzi tədqiqatçılar hesab edirlər ki, Ayya burnu qədim yunan və Roma coğrafiyaçılarının haqqında bəhs etdiyi əfsanəvi Kriumetopondur.[1] Burun "Ayya burnunda fırtına" (1875) rəsm əsərində rəssam İvan Ayvazovski tərəfindən təsvir edilmişdir.

İqtisadi əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Ayya burnu bölgəsində 1955–1956-cı illərdə S-2 "Sopka" raket sistemi qurulmuşdur. Bu, sonradan qanadlı raketlərin buraxılması üçün yenidən qurulmuşdur. 1990-cı illərin ortalarında Rusiya kompleksi Ukraynaya vermişdir. 2014-cü ildə Rusiya Federasiyasına qayıtmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Античный символ Балаклавы". meridian.in.ua (rus). 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-29.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Балаклава, мыс Айя, мыс Фиолент. Севастополь: Библекс, 2007. С. 108—112. ISBN 978-966-8231-95-7
  • Гриневецкий С. Р., Зонн И. С., Жильцов С. С. Черноморская энциклопедия. М.: Международные отношения, 2006. — с. 35. ISBN 5-7133-1273-9