Azərbaycan–İngiltərə futbol matçları

İngiltərə üçün Azərbaycan futbolu yalnız bir nəfərdən – Tofiq Bəhramovdan ibarət olub. 1966-cı ildə keçirilən mundialın finalında verdiyi mübahisəli qərarlarla britaniyalıları çempion edən yan xətt hakimi indiyədək Britaniyada milli qəhrəman kimi yad edilir. Elə Respublika stadionumuzun bu hakimin adını daşıması da ingilislərin diqqətindən kənar qalmır. Lakin müstəqillik dövründə komandalarımız da dəfələrlə qarşılaşıb. Əsas yığmamız DÇ-2006-da ingilislərə 0:1, 0:2 hesabı ilə uduzsa da, paralel keçirilən U-21-lər arasında Avro-2006-nın seçmə mərhələsində bir xal ala bildik – 0:0, 0:2. Düzdür, ötən ilki yoxlama matçında britaniyalı gənclər bunun əvəzini darmadağınla çıxdılar – 0:7. U-17 isə qitə birinciliyinin həm 2006/07 mövsümünün ikinci (0:1), həm də 2009/10 mövsümünün Bakıda baş tutan birinci mərhələsində (0:4) futbolun yaradıcılarına uduzub.

İngilislərlə futbol əlaqələrimiz isə bununla tamamlanmır. Hollandiyanın "Tvente" klubunda çıxış edən millimizin oyunçusu Vaqif Cavadov məhz Kapellonun yığmadakı sələfi Stiv Maklarenin rəhbərliyi altında çempion olub. Şirlərin sabiq müdafiəçiləri Toni Adams və Hari Stivens isə artıq məşqçilik karyeralarını "Qəbələ"də davam etdirirlər. Onlar müvafiq olaraq, baş məşqçi və köməkçi kimi, daha bir həmyerliləri Alastair Savyerimutto isə icraçı direktor kimi ölkəmizdə çalışır. Mundial zamanı bu "üçlük" klubun hazırlığı ilə yanaşı, yığmalarını da izləyəcək. Daha bir məqam isə Azərbaycan çempionatında ingilis komandasının olmasıdır. Ölkəmizdə yaşayan britaniyalılardan təşkil olunan "Halliburton" həvəskarlar liqasında çıxış edir.

Kişilər[redaktə | mənbəni redaktə et]

Əsas milli komanda[redaktə | mənbəni redaktə et]

  1. 13.10.2004 Bakı DÇ Azərbaycan – İngiltərə 0:1
  2. 30.03.2005 Nyukasl DÇ İngiltərə – Azərbaycan 2:0

U-21[redaktə | mənbəni redaktə et]

  1. 12.10.2004 AÇSO Azərbaycan – İngiltərə 0:0
  2. 29.03.2005 AÇSO İngiltərə – Azərbaycan 2:0
  3. 01.09.2011 Uorford, İngiltərə AÇSO İngiltərə – Azərbaycan 2:0
  4. 06.09.2012 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İngiltərə 0:2
  5. 22.03.2024 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İngiltərə -:-
  6. 15.10.2024 İngiltərə AÇSO İngiltərə – Azərbaycan -:-

U-19[redaktə | mənbəni redaktə et]

  1. 28.03.2015 Bayo AÇSO İngiltərə - Azərbaycan 1:0

U-17[redaktə | mənbəni redaktə et]

  1. 25.03.2007 AÇSO İngiltərə - Azərbaycan 1:0
  2. 28.10.2009 Bakı AÇSO Azərbaycan - İngiltərə 0:4
  3. 25.10.2016 Rumıniya AÇSO İngiltərə - Azərbaycan 2:0
  4. 14.11.2020 Yunanıstan AÇSO, İngiltərə - Azərbaycan -:-

Klublar[redaktə | mənbəni redaktə et]

  1. 17.09.2015 London, İngiltərə UEFA AL Tottenhem - Qarabağ 3:1
  2. 26.11.2015 Bakı, Azərbaycan UEFA AL Qarabağ - Tottenhem 0:1
  3. 12.09.2017 London, İngiltərə UEFA ÇL Çelsi - Qarabağ 6:0
  4. 22.11.2017 Bakı, İngiltərə UEFA ÇL Qarabağ - Çelsi 0:4
  5. 04.10.2018 Bakı, Azərbaycan UEFA AL Qarabağ - Arsenal 0:3
  6. 13.12.2018 London, İngiltərə UEFA AL Arsenal - Qarabağ 1:0

Qadınlar[redaktə | mənbəni redaktə et]

Əsas milli komanda[redaktə | mənbəni redaktə et]

U-21[redaktə | mənbəni redaktə et]

U-19[redaktə | mənbəni redaktə et]

U-17[redaktə | mənbəni redaktə et]

  1. 22.09.2018 Kişinyov, Moldova AÇSO İngiltərə - Azərbaycan 7:0

Klublar[redaktə | mənbəni redaktə et]

Çimərlik futbolu[redaktə | mənbəni redaktə et]

A milli[redaktə | mənbəni redaktə et]

  1. 19.09.2008 Bakı AK Azərbaycan – İngiltərə 3:1
  2. 01.07.2012 Moskva DÇSO Azərbaycan – İngiltərə 4:1
  3. 10.09.2014 Jesolo DÇSO Azərbaycan – İngiltərə 4:5
  4. 09.08.2015 Şiofok, Macarıstan AL Azərbaycan – İngiltərə 6:5 (ə.h.)
  5. 26.08.2016 Kataniya, Azərbaycan AL Azərbaycan – İngiltərə 2:0

Mənbə[redaktə | mənbəni redaktə et]