Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd.
Azərbaycan–Rusiya sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir.
Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb.
Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur. 1952-ci ildə Dağıstanın Məhəmməd rayonuna kanal çəkilir. Azərabaycan ərazisində isə Samur-Dəvəçi ovalığından Samur-Abşeron kanalı çəkilir. Kanala pulu Dağıstan üçün Sovet hökuməti, Azərbaycan üçün isə Hacı Zeynalabdin Tağıyev ayırmışdır. 1990-cı ildə sərhəd barədə müəyyən problem çıxır. Yenidən bu iki ölkə arasında Samurçaydan istifadə üçün müqavilə imzalanır. 2008-ci ildə dənizkənarı əraziləri su ilə təmin etmək üçün Samurçayın suyundan istifadəni artırır. 28 avqust 2010-cu ildə 1416 adlı müqavilə bağlanır. Bu müqavilədə Rusiya və Azərbaycan arasında sərhəddin delimitasiyası aydın təzahür edilir. Həmçinin Samurçayın suyundan istifadə haqqında idi.